Xəbər lenti

25 iyul, 16:51

Bir məktəbdən 7 qızıl nişan – Uğurlu məzunların hekayələri

25 iyul, 15:48

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri 

25 iyul, 15:36

SABAH qruplarına qəbulda buraxılış və qəbul imtahanlarının nəticələri nəzərə alınacaq

25 iyul, 15:17

Nicat Məmmədli: SABAH qrupları yaradılarkən universitetlərin də göstəriciləri əsas götürüləcək

25 iyul, 15:12

Peşə təhsilində ilk: Beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başladı

25 iyul, 15:00

Məktəbdə uğur doğum tarixindənmi asılıdır?

25 iyul, 14:57

BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

25 iyul, 14:49

Doktorantura səviyyəsində də SABAH qrupları yaradılacaq

25 iyul, 14:45

Özəl ali məktəblər SABAH proqramına qoşulacaq

25 iyul, 12:55

400 balı necə topladılar? – Məqsədli gənclər uğurlarının sirlərini paylaşırlar

25 iyul, 12:40

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub

25 iyul, 12:13

Sabahın hava proqnozu açıqlanıb

25 iyul, 11:07

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

25 iyul, 10:49

400 bal toplayan abituriyent: İT mütəxəssisi olmaq istəyirəm

25 iyul, 10:44

SABAH qrupları üzrə ixtisasların istiqamətləri genişlənib – Nazirin müşaviri 

25 iyul, 10:41

Nicat Məmmədli: Artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

25 iyul, 10:19

MDU və İRİA arasında əməkdaşlıq görüşü keçirilib

25 iyul, 09:39

Elm və təhsil naziri Şimali Kiprin milli təhsil naziri ilə görüşüb

25 iyul, 09:36

ADPU Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransa ev sahibliyi edəcək

25 iyul, 09:35

Rektor BMU-da təcrübə keçən koreyalı tələbələrlə görüşüb

Pedaqoji yazılar

Daha çox göstər
Uşağa darıxmaq fürsəti verin…
24 iyul, 17:37

Uşağa darıxmaq fürsəti verin…

Yay tətili valideynlər üçün övladlarının həm marağını, həm də yaradıcılığını təşviq etmək baxımından mükəmməl fürsət dövrü sayılır. “Darıxıram”. Bu, valideynlərin eşitmək istəmədiyi cümlələrdən biridir. Ancaq bu ifadə uşağın yaradıcılığını, sosial inkişafını və hətta həyat bacarıqlarını üzə çıxarmaq üçün bir qapı ola bilər.Bəzən valideynlər uşaqların boş vaxtlarını doldurmaq üçün sosial şəbəkələrdə geniş yayılmış “Övladınızı məşğul etmək üçün 100 yay fəaliyyəti” kimi siyahılara müraciət edirlər. Ancaq bu yanaşma çox vaxt əks nəticə verir. Çünki siyahılar uşağın fərdi maraq və inkişaf səviyyəsini nəzərə almır. Onlara öz ideyalarını inkişaf etdirmək üçün zaman verilmir. Həddindən artıq planlaşdırma da uşaqlarda stres və həvəssizlik yaradır.Virciniya Universitetinin təhsil və insan inkişafı məktəbinin tədqiqatları göstərir ki, uşaqlara maraqlarını inkişaf etdirmək üçün zaman və məkan yaratmaq yaradıcılığın artmasına səbəb olur. Tədqiqatçılar C.Cirout, N. Evans və K. Hirş-Pasek qeyd edirlər ki, “Maraq uşaqdakı məlumat boşluğunu doldurmaq üçün informasiya axtarmaq motivasiyasıdır; yaradıcılıq isə yeni və faydalı ideyalar və məhsullar yaradır”.“The New York Times” da bu barədə belə yazır: “Bəlkə də, uşaqların bir qədər darıxması pis deyil”. Amerikalı tədqiqatçılar hətta darıxmağı tələbkar valideynlər üçün daha sağlam bir seçim kimi təqdim edirlər.2025-ci ildə ABŞ-də tətbiq olunmağa başlanan yeni termin “Kid rot”un hərfi mənası “uşaqların çürüməsi”dir. Bu terminə görə uşaqlara heç nə etməməyə icazə verilməlidir. Bunu “vəhşi yay” da adlandırırlar. Artıq bir çox amerikalı valideyn bahalı, planlaşdırılmış yay düşərgə və fəaliyyətlərindən imtina edir. Onlar daha sadə strukturlu tətil keçirilməsinə və uşaqlara müstəqillik verilməsinə çalışırlar.Bunun üçün tədqiqatçılar bəzi strategiyalar təklif edirlər. Uşaqlar haradan başlayacaqlarını bilmədikdə böyüklər onlara ümumi fəaliyyət planı qurmaqda yardımçı ola bilər: məsələn, səhər yeməyi hazırlamaq, qab yumaq, sonra oyun oynamaq və s. Bu, uşaqlara məktəb və düşərgələrdə əldə edə bilmədikləri müstəqillik və şəxsi nəzarət imkanı verir. Bu təcrübələr uşaqlarda problem həll etmək və yaradıcı düşünmək bacarıqlarını da inkişaf etdirir. Əgər onlar ideyalarını həyata keçirmək üçün çölə çıxmalı olsalar, bu həm də fiziki aktivlik və təbiətlə təmas baxımından faydalıdır.Açıq havada oyun zamanı uşaqlar dostları və qonşuları ilə ünsiyyət qururlar. Bu isə sosial bacarıqların inkişafı üçün olduqca vacibdir. Tədqiqatçı C.Cirout deyir ki, “Belə vəziyyətlərdə hər kəsin nə etmək istədiyinə dair fərqli fikirləri olacaq. Onlar yəqin ki, müzakirə aparacaqlar, nə edəcəklərini və birlikdə necə işləyəcəklərini araşdıracaqlar. Uşaqlar bir-birlərinin ideyalarını dinləyəcək və birlikdə öyrənəcəklər. Bu, sosial bacarıqlar üçün çox önəmlidir”.Araşdırmaçılar deyir ki, uşaqlar üçün struktursuz vaxt praktik bacarıqların inkişafı üçün vacib və əhəmiyyətlidir. C.Ciroutun yanaşmasına görə “Yay tətili mağazaya piyada və ya velosipedlə getmək, ərzaq almaq, sonra evə qayıdıb yemək hazırlamaq üçün gözəl zamandır. Hətta evdən çıxmadan piknik üçün hazırlıqlar belə uşaqlara yeni bacarıqlar aşılayır”.Darıxmaq hissi həm uşaqlar, həm də böyüklər üçün əvvəlcə narahatlıq doğura bilər, lakin təcrübə ilə bu hiss həm yayda, həm də ilboyu maraq və yaradıcılığın inkişafını təşviq edir. Valideynlər uşaqların öz istəyi ilə nəyə yönəldiyini, oyuncaq əvəzinə nə ilə məşğul olmaq istdiyini müşahidə etməlidir.Burada valideyn uşağın yanında istiqamət verən, amma idarə etməyən bələdçi rolunda olmalıdır. Bu təkliflər uşaqların yaş və maraqlarından doğan məşğuliyyətləri əhatə edir:Palçıq və su ilə təcrübə aparmaq, daşları təsnif etmək (3–5 yaş);Öz restoranını planlaşdırmaq, onun menyusunu hazırlamaq (5 yaş);Həyətdəki böcəkləri müşahidə edib rəsmini çəkmək (7 yaş);Rəngli cədvəllər hazırlamaq, dostlarla oyunlar planlaşdırmaq (8 yaş);Şirniyyat bişirib reseptini yazmaq, ev heyvanlarına qulluq ideyasını araşdırmaq (10+ yaş) və s.Bəzi uşaqlara yay tətili “heç nə etməmək” fürsəti kimi görünə bilər. Amma bu boşluq onların özlərini tanımaları, maraqlarını kəşf etmələri və yaradıcılıq bacarıqlarını inkişaf etdirmələri üçün əvəzsiz imkan ola bilər. Valideynlər bu zaman nə özlərini, nə də uşağı heç nəyə məcbur etməməlidir. Bəzən sadəcə uşağın yanında olmaq kifayət edir. Uşağın hər anını planlaşdırmağa çalışmaqdansa, onlara sərbəst olmaq, bir az darıxmaq, özlərini tapmaq üçün imkan yaratmaq lazımdır. Bu onların yaradıcı təfəkkürünün, müstəqilliyinin və emosional inkişafının vacib hissəsidir.Mütəxəssislər bildirir ki, uşaqların yay aylarında darıxması təkcə passivlik deyil, daxili dünyaya səyahətin başlanğıcı ola bilər. Bu dövr onların öz maraqlarını kəşf etməsi, həyatı daha dərindən anlamağa başlaması üçün şərait yaradır. Psixoloq D.Vinnikotun məşhur ifadəsi ilə desək, yaxşı ana “kifayət qədər yaxşı anadır”. Yəni hər anı mükəmməl planlaşdırmaq əvəzinə, uşağa təcrübə və boşluq imkanları yaratmaq bəzən daha dəyərlidir. Uşaqlar gündəlik həyatın bir hissəsi olmaqla, həm də real həyat bacarıqları qazanırlar. Darıxmağa icazə vermək nəzarətsizlik deyil, ona güvənmək deməkdir. Özünü tanımaq, sərhədlərini yoxlamaq və maraqlarını üzə çıxarmaq üçün uşaqlara məhz belə fürsətlər lazımdır.Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Tələbələrə șad xəbər: təqaüdləri artırıldı

Yüklənir

Tələbələrə șad xəbər: təqaüdləri artırıldı

Tələbələrə șad xəbər: təqaüdləri artırıldı. #TəhsilTV #EduAz #TəqaüdArtımı #TələbəyəDəstək #ŞadXəbər.

24 iyul, 17:33
Bağçayaşlı uşaqlar yayı necə keçirsin?

Yüklənir

Bağçayaşlı uşaqlar yayı necə keçirsin?

Bağçayaşlı uşaqlar yayı necə keçirsin? #TəhsilTV #EduAz #BağçaYaşlıUşaqlar #YayFəaliyyətləri #Uşaqİnkişafı.

24 iyul, 16:41
Bu gündən payız semestri üzrə Təhsil Tələbə Krediti Fonduna müraciət dövrü başlayır

Yüklənir

Bu gündən payız semestri üzrə Təhsil Tələbə Krediti Fonduna müraciət dövrü başlayır

Bu gündən payız semestri üzrə Təhsil Tələbə Krediti Fonduna müraciət dövrü başlayır. #TəhsilTV #EduAz #TələbəKrediti ...

24 iyul, 15:35
Yeni ali təhsil proqramlarının hazırlanması üzrə Komissiyanın üçüncü iclası keçirilib

Yüklənir

Yeni ali təhsil proqramlarının hazırlanması üzrə Komissiyanın üçüncü iclası keçirilib

Yeni ali təhsil proqramlarının hazırlanması üzrə Komissiyanın üçüncü iclası keçirilib. #TəhsilTV #EduAz #AliTəhsilProqramı ...

24 iyul, 13:19

Populyar xəbərlər

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı
11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi keçən ildən başlayaraq Naxçıvanda da reallaşdırılır. Bu müsabiqədən uğurla keçərək yüksək bal toplayanlar hazırda Muxtar Respublikanın müxtəlif məktəblərində dərs deyirlər."Azərbaycan müəllimi" belə müəllimlərdən biri ilə həmsöhbət olub.Müsahibimiz Günay Qədimova Naxçıvanda MİQ-in test mərhələsində kimya fənnindən 91,75 bal toplayaraq MR üzrə ən yüksək nəticəni göstərib.O, 1994-cü ildə Babək rayonunun Qaraçuq kəndində anadan olub. Orta təhsilini həmin kəndin, daha sonra isə Heydər Əliyev adına tam orta məktəbdə alıb. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin "Kimya müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Ötən ildən MİQ vasitəsilə işə qəbul olduğu Babək şəhəri 2 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq çalışır.Deyir ki, müəllim olmağı lap kiçik yaşlarından arzu edib:“Kiçik yaşlarımda bacımla müəllim–şagird oyunu oynamağı çox xoşlayırdım. Elə o vaxtdan bu peşəyə böyük həvəs yaranmışdı. Səbirli və təmkinli xarakterim, uşaqlarla yaxşı dil tapa bilməyim, onların uğurlarını görəndə xoşbəxt olmağım deməyə əsas verir ki, əslində mən dünyaya müəllim olmaq üçün gəlmişəm”.Ailəvi səbəblərə görə universiteti bitirdikdən sonra 9 il təhsildən uzaq qaldığını deyən Günay müəllim bu müddətin içindəki müəllimlik arzusunu azalda bilmədiyini vurğulayır.“Müəllimlərin işə qəbulu imtahanına 1 il yorulmadan hazırlaşdım və məqsədimə nail oldum. İmtahanın test mərhələsində yüksək nəticə göstərərək, həmçinin müsahibə mərhələsində də uğur qazanaraq müəllim adını almağı bacardım”.Müəllim əlavə edir ki, MİQ imtahanının bütün mərhələləri obyektiv, aydın və şəffaf keçirilir:“Bu imtahanın əsas üstünlüyü təhsil sistemində çalışmaq üçün ixtisası üzrə yüksək elmi biliklərə və pedaqoji qabiliyyətə malik kadrların seçimini təmin etməkdir. İmtahanda olarkən diqqətimi suallara yönəltdiyim üçün həyəcanımı hiss etməmişdim. Amma imtahan zalından çıxarkən hamı yaxınlaşıb məni təbrik edəndə çox həyəcanlandım. Uzun müddət təhsildən uzaq qaldığımdan bu nəticəni əldə etmək mənim üçün böyük uğur idi. 1 il hazırlaşmaqla yüksək nəticə əldə edə bilməyim bu imtahanın o qədər də çətin və uğurun əlçatmaz olmadığını göstərdi. Mənim fikrimcə, müəllim peşəsini ürəkdən sevib bu məqsəd üçün çalışan heç kim nəticəsiz qalmaz. Düzünü desəm, uğur qazanacağıma inanmayanlar çox idi. Bəzən onları dinləyəndə ruhdan düşürdüm, amma çox istədiyim üçün özümü toplayıb davam edirdim”.Günay müəllim imtahanda qazandığı uğura görə 31 yanvar 2025-ci ildə Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə əlaqədar təşkil etdiyi mükafatlandırma tədbirində "Gənc müəllim" nominasiyası üzrə təltif edilib. Tədris etdiyi kimya fənninə şagirdlərin marağını artırmaq üçün bir sıra metodlardan istifadə edir:“Şagirdlərimin dərsə marağını artırmaq məqsədilə kimya ilə bağlı müxtəlif layihələr, təcrübələr, pedaqoji üsul və vasitələrdən, həmçinin İKT alətlərindən istifadə edirəm. Şagirdlərimdən biri bu il fənn müsabiqəsində kimya fənni üzrə yarımfinal mərhələsinə keçid almağı bacardı. Şagirdlərimə həm kimya fənnini, həm də özümü bir müəllim kimi sevdirməyi bacarıram. Gənc müəllim olaraq yuxarı sinif şagirdləri ilə də dil tapa bilmək mənim üçün çətin olmadı. Təhsil daim inkişaf edən bir sahədir və müəllim olaraq fəaliyyətimdə bir sıra yeniliklər etməyi planlaşdırıram. Əsas məqsədim şagirdlərin öyrənmə prosesini daha maraqlı, effektiv və gələcəyin tələblərinə uyğun şəkildə təşkil etməkdir”.MİQ imtahanına hazırlaşan namizədlərə isə bunları tövsiyə edir:“Heç nəyin sizi həvəsdən salmasına icazə verməyin. Çox çalışıb ürəkdən istəsəniz, arzularınızı gerçəkləşdirməyə heç nə mane ola bilməz. Biz bu cəmiyyətin təməlini qoyan, gələcəyimiz olan uşaqları formalaşdıran bir missiyanın daşıyıcılarıyıq. Bu yolda hər birinizə uğurlar və tükənməz enerji arzulayıram”.

Qəzetin PDF arxivi

Daha çox göstər
19 iyul 2025-ci il, №26 (9132)
21 iyul, 10:07

19 iyul 2025-ci il, №26 (9132)

12 iyul 2025-ci il, №25 (9131)
14 iyul, 09:53

12 iyul 2025-ci il, №25 (9131)

07 iyul 2025-ci il, №24 (9130)
7 iyul, 10:49

07 iyul 2025-ci il, №24 (9130)

26 iyun 2025-ci il, №23 (9129)
30 iyun, 10:35

26 iyun 2025-ci il, №23 (9129)

21 iyun 2025-ci il, №22 (9128)
21 iyun, 09:43

21 iyun 2025-ci il, №22 (9128)

15 iyun 2025-ci il, №21 (9127)
17 iyun, 09:43

15 iyun 2025-ci il, №21 (9127)

Transliterasiya olunmuş "Məktəb" jurnalı
11 iyun, 16:51

Transliterasiya olunmuş "Məktəb" jurnalı

6 iyun 2025-ci il, №20 (9126)
10 iyun, 09:53

6 iyun 2025-ci il, №20 (9126)

31 may 2025-ci il, №19 (9125)
2 iyun, 10:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 10:29

24 may 2025-ci il, №18 (9124)

17 may 2025-ci il, №17 (9123)
19 may, 10:18

17 may 2025-ci il, №17 (9123)

9 may 2025-ci il, №16 (9122)
12 may, 10:07

9 may 2025-ci il, №16 (9122)

3 may 2025-ci il, №15 (9121)
5 may, 10:12

3 may 2025-ci il, №15 (9121)

26 aprel 2025-ci il, №14 (9120)
28 aprel, 10:19

26 aprel 2025-ci il, №14 (9120)

19 aprel 2025-ci il, №13 (9119)
21 aprel, 10:49

19 aprel 2025-ci il, №13 (9119)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.