Bütün xəbərlər
30 sentyabr, 17:56

“2School” layihəsi 1 oktyabrdan Bakı şəhərində yerləşən 8 dövlət və 3 özəl məktəbdə pilot formada fəaliyyətə başlayacaq”.

Bu fikirləri “2School” layihəsinin həmtəsisçisi Orxan Abbasov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən pilot layihədir: “Artıq 1200-dən çox aktiv istifadəçimiz, yəni şagirdimiz var. Gözlədiyimizdən qat-qat çox maraqla qarşılaşdıq”.

Orxan Abbasov əlavə edib ki, 2026-cı ilin sentyabrından layihə daha geniş şəkildə digər məktəblərdə də tətbiq olunacaq:

“Biz ilkin mərhələdə 300-400 nəfər gözləyirdik, amma tələb çox yüksək oldu.  Bu, artıq Azərbaycanda uğurla tətbiq edilən startap nümunələrindən birinə çevrilib”.

Layihə çərçivəsində şagirdlərin məktəbə təhlükəsiz və nizamlı daşınması üçün xüsusi mobil tətbiq hazırlanıb: “Valideynlər tətbiqi yükləyərək övladlarını qeydiyyatdan keçirirlər, məktəb və qrafik seçirlər. Avtobuslarda peşəkar dayələr olur. Onlar uşaqlara nəzarət edir və valideynlərlə daimi əlaqədə olurlar”. 

O əlavə edib ki, qiymətlər 100 manatdan başlayır və şəhid ailələri ilə qazi övladları üçün xüsusi güzəştlər nəzərdə tutulub. Avtobus xidmətindən istifadə üçün aylıq abunə haqqı məsafəyə görə dəyişəcək.

Abbasov həmçinin qeyd edib ki, altıgünlük tədris sistemi ilə işləyən məktəblər üçün də uyğunlaşdırılmış həllər təklif olunur:

“Bu, tıxac problemini həll etməyə yönəlmiş və birbaşa olaraq nazirliyin təşəbbüsü ilə irəli sürülmüş addımdır”.

Açıqlamada həmçinin valideynləri maraqlandıran güzəştlər məsələsinə də toxunulub. Qeyd olunub ki, ailədə bir neçə uşaq layihədə iştirak edirsə, ikinci uşağa güzəşt tətbiq edilir.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.