Bütün xəbərlər
2 oktyabr, 09:52

“Bakı şəhərində valideynlərin bu platformada qeydiyyatı 70 faizin üzərindədir. Hələlik valideynlərin təlimi ilə bağlı heç bir qayda nəzərdə tutulmayıb. Çünki valideyn qeydiyyatdan keçdikdən sonra orada edəcəyi xüsusi bir şey yoxdur”.

"Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib. 

O bildirib ki, valideynlər qeydiyyatdan keçdikdən sonra öhdəliyində olan övladlarının profillərini görürlər: 

“Sadəcə onların hesablarını aktivləşdirməli və hər bir övlad üçün şifrə təyin etməlidirlər. Bununla da övladlarının profilindən gələn informasiyalara baxmaq imkanı əldə edirlər. Düzdür, burada valideynlər üçün başqa funksiyalar da mövcuddur, ancaq bunlar əlavə təlim tələb etmir”.

O qeyd edib ki, ümumiyyətlə, sentyabrın 15-nə qədər hər bir təhsil müəssisəsinin rəhbəri, tədris işləri üzrə direktor müavini və bir neçə müəllimdən ibarət təlimlər təşkil etdik: “İntensiv şəkildə keçirilən bu təlimlər əsasında hər məktəbdə ən azı 5-6 nəfər var ki, platforma üzrə hazırlıq keçib. Artıq tapşırılıb ki, digər müəllimlər üçün də bu təlimlər təşkil olunsun ki, pedaqoji heyət və idarəedici heyət platformadan istifadə ilə bağlı çətinlik çəkməsin. Bütün bu hazırlıq işləri tamamlandıqdan sonra sinif rəhbərlərinə öhdəlik tapşırılıb ki, müəyyən qədər valideynləri də məlumatlandırsınlar”.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.