Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Fevral 2010 - 08

 

Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti

 

Son 30 ilin dünya təcrübəsi göstərir ki, təhsil müəssisələri daha çox maliyyə vəsaitləri əldə etmək üçün alternativ gəlir mənbələrindən istifadə edirlər. Belə ki, inkişaf etmiş və həmçinin inkişaf etməkdə olan ölkələrin əksəriyyətində yeni maliyyələşdirmə mənbələrinin müəyyən edilməsinə keçən əsrin 80-ci illərindən başlanılmış və nəticədə həmin ölkələrin təhsil müəssisələrinə müvafiq sahibkarlıq fəaliyyətləri ilə məşğul olmaqla əlavə gəlirlər əldə etmək üçün geniş hüquq və səlahiyyətlər verilmişdir. Nəticədə dünyanın bir sıra ölkələrinin təhsil müəssisələri yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi hesabına öz vəsaitlərini əhəmiyyətli dərəcədə artıra bilmişlər. Hazırda bu proses dünyada getdikcə sürətlə inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi təhsilə dövlət  maliyyələşdirilməsinin azaldılmasını stimullaşdırmışdır.

Azərbaycanda dövlət təhsil müəssisələrində büdcədənkənar vəsaitlərin  formalaşmasının ilkin prosesi əsasən 90-cı illərin əvvəlinə təsadüf edir. Belə ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 1993-cü ildə hökumətin müvafiq  qərarına əsasən ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil qrupları yaradılmışdır. Həmin ildən etibarən Azərbaycanda dövlət ali təhsil müəssisələri ödənişli təhsil xidmətləri göstərməyə başlamışlar. Sonrakı illərdə ödənişli təhsil xidmətləri dövlət orta ixtisas və həmçinin peşə təhsili müəssisələrini də əhatə etmişdir.

Hazırda dövlət təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin, şagirdlərin təhsil haqqı hər bir təhsil müəssisəsinin büdcədənkənar daxilolmalarının əsas tərkib hissəsini təşkil edir. Təhsil müəssisələrinin büdcədənkənar vəsaitləri ödənişli əsaslarla kadr hazırlığından başqa, həmçinin kurs tədbirləri və yenidənhazırlanma, tədris istehsalatı və sair üzrə daxilolmalar hesabına formalaşır. Təhsil müəssisələrində büdcədənkənar vəsaitlərin formalaşdırılması, istifadə edilməsi və uçota alınması xüsusi təlimata əsasən həyata keçirilir. 

Qeyd etmək lazımdır ki, artıq yeni qəbul edilmiş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən  təhsil müəssisələrinin qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti ilə yanaşı, digər mənbələrdən gəlir əldə etmək hüquqları müəyyənləşdirilmişdir. Belə ki, Qanunun 38-ci maddəsinə əsasən təhsil müəssisələri qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Qanunda həmçinin dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri ayrıca təsbit olunmuşdur. Belə ki, yeni qanunvericiliyə uyğun olaraq dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

-qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;

-ödənişli təhsildən daxil olan vəsaitlər;

- hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları,  ianələri və yardımları;

-müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi-tədqiqat qrantları;

-təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;

-hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidənhazırlanması üçün ayırdıqları vəsait;

- dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;

- təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;

- təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;

-qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

Özəl təhsil müəssisələri üzrə maliyyələşdirmə mənbələrinə isə təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər, təsisçilərin (himayəçilərin) vəsaitləri, qanunvericiliyə uyğun olaraq alınan qrantların və kreditlərin məbləğləri,  hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr, təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və həmçinin qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər aid edilmişdir.

Qeyd olunanlarla yanaşı, yeni qəbul edilmiş qanuna əsasən  təhsil müəssisələrinin əlavə maliyyə vəsaitləri əldə etməsi baxımından müasir dövrdə mühüm iqtisadi əhəmiyyət kəsb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hüquqi əsası da müəyyənləşdirilmişdir. Belə ki, qanunun 41-ci maddəsinə əsasən təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bu zaman təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Həmçinin dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. Bundan əlavə, təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.

Bununla əlaqədar olaraq  "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.28-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" 2010-cu il 19 yanvar tarixli Qərarı qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2010-cu il tarixli, 10 nömrəli Qərarına əsasən təhsil müəssisələrinin öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilmişdir:

-  ödənişli əlavə təhsil;

-  məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi;

- təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı;

-  elmi-tədqiqat və təcrübi-konstruktor işləri;

-  elmi-praktiki tədbirlərin təşkili;

-  nəşriyyat-poliqrafiya işləri;

-  tədris prosesində əldə olunan məhsulun satışı.

Qeyd olunan sahibkarlıq fəaliyyəti növlərinin mahiyyətinə bu sahədə mövcud beynəlxalq təcrübə çərçivəsində qısa nəzər salaq.

Ödənişli əlavə təhsil 

Ümumiyyətlə, əlavə təhsil dedikdə "Təhsil haqqında" Qanunun ümumi müddəalarında qeyd olunduğu kimi, vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil başa düşülür. 

Qanunun 24-cü maddəsinə əsasən əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini  daşıyır.

Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

- ixtisasartırma;

- kadrların yenidənhazırlanması;

- stajkeçmə və kadrların təkmilləşdirilməsi;

- təkrar ali təhsil və orta ixtisas təhsili;

- dərəcələrin yüksəldilməsi;

- yaşlıların təhsili.

Beləliklə, qeyd olunan əlavə təhsil xidmətlərini təhsil müəssisələri ödənişli əsaslarla sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirə bilərlər. Əlavə ödənişli təhsilə, eyni zamanda fənnin dərindən öyrənilməsi məqsədilə (müəyyən edilmiş tədris planından əlavə) təhsil alanlarla repetitorluq, ali təhsil müəssisələrinə daxil olmaq , xarici dillərin öyrənilməsi üçün müxtəlif kursların təşkili və s. aid edilə bilər. Qeyd edək ki, ölkəmizdə  repetitorluq fəaliyyəti çox təəssüf ki, təhsil müəssisələrinin  leqal sahibkarlıq fəaliyyəti kimi deyil, ayrı-ayrı fiziki şəxslərin (müəllimlərin) gizli "sahibkarlıq fəaliyyəti" kimi tanınır. Bu isə xüsusən ümumi təhsil səviyyəsində daha savadlı və təcrübəli  müəllimlərin məktəbdən uzaqlaşması ilə müşayiət olunur və son nəticədə təhsilin keyfiyyətinə öz mənfi təsirini göstərir. 

Məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi 

Məlum olduğu kimi, bazar iqtisadiyyatı şəraitində müxtəlif təsərrüfat subyektləri, hüquqi və fiziki şəxslər, xüsusən özəl sektor daimi olaraq yeniləşən iqtisadi və hüquqi münasibətlərə uyğun fəaliyyət göstərməyə çalışırlar. Bununla əlaqədar müvafiq təsərrüfat subyektləri mütəmadi olaraq məsləhət-konsaltinq xidmətləri bazarına üz tuturlar. Bu zaman müvafiq xidmət bazarında güclü iqtisadi, hüquqi bazaya, konkret sahə üzrə elmi, praktiki təcrübəyə və kadr potensialına malik təhsil müəssisələri tələbat olan  uyğun profil üzrə sahibkarlıq fəaliyyəti çərçivəsində   məsləhət-konsaltinq xidmətlərini təklif edirlər.Məsələn, iqtisadyönümlü təhsil müəssisələri ilə bağlanmış müqavilə şərtlərinə əsasən hər hansı bir şirkətə maliyyə, biznes sahəsində məsləhətlər verir, biznes-planlar hazırlayır,  maliyyə, mühasibat üzrə xidmətlərini təmin və təşkil edir. Qeyd olunan məsləhət-konsaltinq xidmətləri təhsil müəssisələrinin profilindən asılı olaraq digər, məsələn, hüquq, mühəndis, tibb və s. sahələri də əhatə edə bilər. Göründüyü kimi, müasir və rəqabətyönümlü bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin bu növü təhsil müəssisələrinə  böyük iqtisadi imkanlar yarada bilər.       

Təhsil məhsulunun satışı 

Adından göründüyü kimi, təhsil məhsulunun satışı dedikdə təhsil müəssisəsinin təhsil sahəsində yaratdığı, hazırladığı innovasiyaların, orijinal təhsil və fənn proqramlarının, təlim metodları sisteminin, təhsil modullarının, təhsil layihələrinin müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili və ya beynəlxalq təhsil bazarında reallaşdırılması başa düşülür.  

Elmi-tədqiqat və təcrübi-konstruktor işləri 

Beynəlxalq təcrübə göstərir ki, sahibkarlıq fəaliyyətinin bu növü  müasir dövrün tələblərinə uyğun  elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması üçün müvafiq kadr və maddi-texniki bazaya və digər lazımi resurslara malik təhsil müəssisələrinin, xüsusən ali təhsil müəssisələrinin əldə etdikləri büdcədənkənar vəsaitlərin əhəmiyyətli hissəsini təmin edir. Belə ki, müvafiq biznes sferaları üzrə fəaliyyət göstərən müəssisələr hər hansı bir mövzuda və yaxud sahədə  tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasını müəyyən razılaşmalara, müqavilələrə əsasən təhsil müəssisələrinə sifariş edir və  müqavilənin şərtlərinin icrası nəticəsində təhsil müəssisəsi həmin sahibkarlıq fəaliyyətindən mənfəət əldə edə bilir.  

Elmi-praktiki tədbirlərin təşkili 

Bu növ sahibkarlıq fəaliyyətinə təhsil müəssisələri tərəfindən  hüquqi və fiziki şəxslərin  sifariş və müraciətlərinə əsasən müvafiq xidmət haqlarının ödənilməsi müqabilində elmi-praktiki seminarların, konfransların və digər bu kimi tədbirlərin hazırlığı, təşkili və həyata keçirilməsi işləri aiddir.     

Nəşriyyat-poliqrafiya işləri 

Təhsil müəssisələrinin nəşriyyat-poliqrafiya fəaliyyəti dedikdə tədris prosesi, təhsilalanlar və digər istehlakçılar üçün  kitab və digər nəşriyyat məhsullarının istehsalı və satışı başa düşülür. 

Tədris prosesində əldə olunan məhsulun satışı 

Tədris prosesində əldə olunan məhsulun satışı dedikdə isə təhsil müəssisəsində tədris-istehsalat  fəaliyyəti  çərçivəsində təhsil alanların iştirakı ilə istehsal edilən məhsulun, görülən işlərin və göstərilən xidmətlərin və digər bu kimi işlərin realizə edilməsi başa düşülür.

Əlbəttə ki, bütün təhsil müəssisələrində yuxarıda qeyd olunan sahibkarlıq fəaliyyəti növlərinin tətbiqi mümkün deyil. Təhsil müəssisələrinin yuxarıda qeyd olunan sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq imkanları onların mövcud profil və fəaliyyət istiqamətlərindən, yəni tədris, elmi, elmi-texniki, təcrübi-konstruktor və digər müvafiq fəaliyyətlərindən asılıdır.

Onu da qeyd edək ki, bu gün artıq hüquqi cəhətdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları əldə edən təhsil müəssisələrinin qarşısında böyük vəzifələr durur. Belə ki, praktika göstərir ki, dövlət ali təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə  həmişə əvvəlki idarəetmə strukturunu saxlamaq şərtilə məşğul olmağa can atırlar. Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün təhsil müəssisələri özlərini ətrafdakı bazar iqtisadiyyatı mühitinə uyğunlaşdırmaqla, qeyri-kommersiya (büdcə) və sahibkarlıq fəaliyyətlərinin təşkili arasında müəyyən tarazlıq yaratmalıdırlar. Qeyd olunan bu problemin həlli əsasən təhsil müəssisəsinin mövcud elmi-texniki, maddi-texniki potensialı və digər resursları əsasında sahibkarlıq fəaliyyətinin inkişaf istiqamətlərinin düzgün seçilməsindən  asılıdır. 

Şahrza ƏLİYEV,
Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri namizədi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - 08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası
 
Yubilyar şair məktəbin qonağı olub
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 
Dünya universitetləri: Mançester Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov