Azərbaycana və azərbaycanlılara qarşı
ermənilərin tarix boyu törətdiyi soyqırımları,
qəddarlıqları, qətliamları, düşmənçiliyi
tanıtmaq, böyüməkdə olan uşaq və gənclərdə
erməni terroruna, erməni millətçiliyinə barışmaz
münasibət formalaşdırmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali
məktəblərin şagird və tələbələri arasında "Erməni
genosidi" mövzusunda respublika rəsm müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin keçirilmə qaydaları haqqında
əsasnamə, təşkilat komitəsinin tərkibi təsdiq
olunsun (Əlavə 1,2)
3. Təhsil müəssisələrinin rəhbərləri, şəhər,
rayon təhsil şöbələrinin, idarələrinin müdirləri
müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi
təşkilati işlər görsünlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş
şöbəsi (A.İbrahimov) ən yaxşı rəsmlərin 30-31
mart 2010-cu il tarixlərində T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq Dünyası"
rəsm qalereyasında sərgisini təşkil etsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin
yekun tədbirinin keçirilməsi, qaliblərin
mükafatlandırılması üçün 1680 (min altı yüz
səksən) manat vəsait ayrılmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr
və əlavələrin "Azərbaycan müəllimi" qəzetində
dərc olunmasını təmin etsin.
7. Ümumi şöbə (H.Məhərrəmova) müsabiqə
qaliblərinə hədiyyələrin alınmasını, əmr və
əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini
təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini
E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
1 mart 2010-cu il |