Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

05 Mart 2010 - 09

 

İkiqat bayram sevinci

 

"İnsanlar  təbiətinə görə  heç bir şeyi  başqasına vermək istəmirlər. Onlar  təkcə  bir şeyi - öz biliklərini başqalarına   verməyə hərisdirlər. Bilik  elə bir  şeydir ki, başqalarına  bağışlanılmasa, onun sahibi dərdə düşər, ömrü qüssə  və kədər içində keçər".

Görkəmli mütəfəkkirimiz M.F.Axundova məxsus olan bu müdrik deyimi təsadüfi olaraq yazımıza giriş verməmişik. Haqqında danışmaq istədiyimiz Raya Təhməzovanın ömür yolu, pedaqoji fəaliyyəti  misal gətirdiyimiz fikirlə tamamilə  uyğundur.

Raya Ziyad qızı Təhməzova 1950-ci ildə Zəngilan  rayonunda anadan olub, 1970-ci ildə M.F.Axundov adına Rus dili  və Ədəbiyyatı İnstitutunu  bitirib. Tələbəlik illərində rus dili və ədəbiyyatı  fənninin sirlərinə yiyələnən Raya Təhməzova pedaqoji fəaliyyətə  başladığı gündən bütün həyatını şagirdlərinə həsr edib. O vaxtdan artıq 40 il keçir. O, hazırda Şirvan şəhərindəki 16 nömrəli orta məktəbdə  rus dili və ədəbiyyat müəllimi işləyir və öz işini  böyük həvəs və maraqla  yerinə yetirir. Məktəbin kollektivi arasında işinə yaradıcı yanaşan təcrübəli pedaqoq kimi tanınır. Dərslərində interaktiv təlim metodlarından bacarıqla istifadə edir və  tədris etdiyi fənni şagirdlərə sevdirə bilir.

O, işlədiyi məktəbdə yaxşı müəllim olmaqla bərabər, həm də nümunəvi sinif rəhbəridir. Onun rəhbərlik etdiyi IX "Q" sinfinin şagirdləri Raya müəllimi özlərinə  yaxın dost, ikinci ana hesab  edirlər. Çünki o, dərs dediyi  şagirdləri həmişə düzlüyə, bütövlüyə, dosta sadiqliyə, valideynlərin adını uca tutmağa və Vətənə layiqli övlad olmağa çağırır. Yetirmələri də harada olmalarından asılı olmayaraq, müəllimləri ilə əlaqə  saxlamağı heç vaxt unutmurlar. Buna səbəb də  Raya müəllimin, özünün dediyi kimi, sənətinin vurğunu olması və dərs dediyi şagirdlərini öz övladı kimi sevməsidir.

Raya müəllimi  qarşıdan gələn 8 Mart  Beynəlxalq Qadınlar Günü və anadan olmasının 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.             

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
05 Mart 2010 - 09
F.Ə.Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş uşaq bağçası açılıb
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşüb
 
Xarici ölkələrin ali məktəblərində azərbaycanlı tələbələrin təhsil alması üçün yeni imkanlar yaradılır
 
"BP-Azərbaycan" şirkəti ölkədə elm və təhsilin inkişafına yardım edir
 
Azərbaycanın uşaq və gənclər birliyi BMT mükafatına layiq görülüb
 
İstedadlı uşaqlar üçün informasiya bankı yaradılacaq
 
Təhsilin bütün pillələrində adambaşına düşən xərclər artıb
 
Əməkdaşlığa dair razılıq əldə olunub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində dərsliklərin hazırlanması ilə bağlı müşavirə keçirilib
 
Peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyəti vurğulanıb
 
Təhsil naziri Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru ilə görüşüb
 
Qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
 
Səfir ADU-nun qonağı olub
 
"Azərbaycanın elmi diasporu" layihəsi çərçivəsində İnternet portalı yaradılıb
 
Alimin 80 illik yubileyi qeyd edilib
 
Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
 
Müəllim hazırlığına yeni yanaşmalar.  "Təhsilin əsasları" fənninin pedaqoji təcrübə ilə inteqrasiyası
 
"Ana dili" dərsliklərimizin tərtibi və nəşri tarixindən Təravətini saxlayan dərsliklər
 
Ölkəmizin bir qrup təhsil işçisi ABŞ-da "Məktəb liderliyi" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib
 
İkiqat bayram sevinci
 
Ziyalı alim
 
"Müasir dərsə verilən tələblər" mövzusunda  "açıq dərs"
 
Vətənə, xalqa xidmət tədrisə münasibətdən başlanır
 
Daha bir məktəbdə Valideyn-Müəllim Assosiasiyası yaradıldı
 
Yeniyetmə rəssamlarımız beynəlxalq müsabiqələrdə uğur qazanırlar
 
Ənənəvi əl işləri sərgisi keçirilib
 
AMİ-də Ümumdünya Mülki Müdafiə gününə dair tədbir keçirilib
 
NDU-da yubiley tədbiri
 
Əlil və kimsəsiz uşaqlar üçün yeni layihə
 
Turnirin qalibləri mükafatlandırılıb
 
Tennis üzrə ölkə birinciliyi Şəkidə keçiriləcək
 
Şəhidlərin xatirəsinə həsr olunmuş respublika şahmat turniri
 
Basketbol üzrə respublika birinciliyi
 
Dünya universitetləri: Karnegi Mellon Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov