Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

14 May 2010 - 18

 

Şərəfli həyat yolu

Bookmark and Share

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də istedadlı alim, ustad-pedaqoq, sözün həqiqi mənasında, gözəl insan, iqtisad elmləri namizədi, dosent Şakir Şahpur oğlu Bədəlovdur. Mən Şakir müəllimi tələbəlik illərindən tanıyıram.

Şakir Bədəlov 1940-cı il mayın 15-də Azərbaycanın İsmayıllı rayonunun Zarat kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, hələ körpə ikən ata qayğısından məhrum olmuş, atası Böyük Vətən müharibəsində iştirak etmiş, 1945-ci ilin mart ayında ağır yaralanaraq həlak olmuşdur. Kolxozçu işləyən anası üç bacı və bir oğuldan ibarət ailəni çox çətinliklə saxlamışdır. 1957-58-ci dərs ilində orta məktəbi müvəffəqiyyətlə bitirən Şakir Bədəlov 1959-cu ilin axırına qədər kolxozda işləyir, ailəyə köməklik göstərir. 1960-cı ilin yanvarında Bakıya gələrək Qaradağ Mexanikləşdirilmiş Daş Karxanasında fəhlə kimi işə düzəlir. İşləyə-işləyə ali məktəbə qəbul imtahanlarına hazırlaşır və sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakültəsinə təqdim edir və qəbul imtahanlarını yüksək qiymətlərlə verərək maliyyə və kredit ixtisasına qəbul olunur.

Universitetdə əla qiymətlərlə oxuyan Şakir Bədəlov elmi tədqiqata həvəs göstərir və II kursdan başlayaraq tələbə elmi cəmiyyətinə üzv olur. Hələ   1963-cü ildə III kursda oxuyarkən "Yeni cəmiyyət quruculuğunun iqtisadi qanunauyğunluqları" mövzusunda TEC-də etdiyi elmi məruzə görkəmli alim, iqtisad fakültəsinin dekanı, Siyasi iqtisad kafedrasının müdiri, professor Həsən Dadaşovun və professor Bəhmən Axundovun diqqətini cəlb edir və onların tövsiyəsi ilə həmin məruzə universitetin Tələbə Elmi Əsərləri məcmuəsində nəşr olunur (Bakı, ADU mətbəəsi 1963. səh. 3-18).

Şakir Bədəlov 1965-ci ildə Azərbaycan Dövlət Universitetini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Universitetin Elmi Şurası onu aspiranturaya qəbul olunmağa tövsiyə edir.

Şakir Bədəlov professor Həsən Dadaşovun rəhbərliyi altında "Marksın kredit haqqında təlimi" mövzusunda diplom işi yazmışdır. Diplom işinə verdiyi rəyin sonunda professor H.Dadaşov qeyd edir ki, "əgər dövlət imtahan komissiyası diplom işini müdafiə etdikdən və dövlət imtahanlarını verdikdən sonra Ş.Bədəlovun gələcək ixtisaslaşma üçün yararlı və qabiliyyətli olduğunu müəyyən edərsə, onda arzu edərdim ki, komissiya onun aspiranturaya qəbul olunması üçün tövsiyə edilməsi məsələsini müzakirə etsin". Belə də olur. Fakültənin təqdimatına əsasən universitetin Elmi Şurası Şakir Bədəlovun aspiranturaya qəbul olunmasını tövsiyə edir.

Şakir Bədəlov təyinatla 1965-ci ilin avqustundan 1966-cı ilin sentyabrına qədər Abşeron rayon maliyyə şöbəsində baş büdcə inspektoru vəzifəsində  çalışır. 1966-cı ilin sentyabr ayında D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit kafedrasına müəllim vəzifəsinə dəvət edilmişdir. Bununla da o, öz taleyini İqtisad Universiteti ilə bağlamışdır.

Şakir Bədəlov  1968-ci ilin noyabrında zabit kimi həqiqi hərbi xidmətə çağrılır və 1969-cu ilin noyabrına qədər hərbi hissədə maliyyə təminatı xidmətinin rəisi vəzifəsində çalışır. Ordudan tərxis edildikdən sonra  yenidən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi-pedaqoji fəaliyyətini davam etdirir, 1970-ci ildə Maliyyə və kredit kafedrasının baş müəllimi seçilir.

Səmərəli elmi-pedaqoji fəaliyyətinə və institutun ictimai işlərində fəal iştirakına görə 1974-cü ildə "Sosializm yarışının qalibi" döş nişanı ilə təltif edilmişdir.

1975-ci ilin dekabrında Moskva Maliyyə İnstitutunda (indiki Maliyyə Akademiyası) maliyyə, pul tədavülü və kredit ixtisası üzrə namizədlik dissertasiyası işini müvəffəqiyyətlə  müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1982-ci ildə Az.XTİ-nin Maliyyə və kredit kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Şakir Bədəlov uzun illər fakültənin və institutun ictimai işlərində fəal iştirak etmişdir. 1970-1976-cı illərdə fakültə həmkarlar təşkilatının sədri, 1976-1982-ci illərdə fakültə xalq nəzarəti qrupunun sədri və institut xalq nəzarətinin üzvü, 1982-1984-cü illərdə institut kuratorlar şurasının sədri vəzifələrində çalışmışdır. Uzun illər fakültə və institutun (universitetin) elmi və elmi-metodiki Şuralarının üzvü olmuşdur. 1994-2001-ci illərdə "İqtisad elmləri: nəzəriyyə və praktika" jurnalının redaksiya heyətinin üzvü olub.

Şakir Bədəlovun bir neçə elmi məqaləsi keçmiş İttifaqın mərkəzi jurnallarında dərc olunmuşdur.

1984-cü ilin oktyabrında maliyyə-statistika fakültəsinin dekan müavini təyin edilmiş, 1987-ci ilin  aprel ayında müsabiqə yolu ilə həmin fakültənin dekanı vəzifəsinə seçilmişdir. 1988-ci ildə AzXTİ-nin ləğv edilməsi və N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutu Bakı filialının yaradılmasından sonra köçürmə yolu ilə həmin vəzifədə çalışmış, 1989-cu ilin yanvarında yenidən dekan vəzifəsinə seçilmişdir.

1990-cı ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılması ilə maliyyə və kredit fakültəsinin dekanı seçilmiş və 1996-cı ilə qədər bu vəzifədə çalışmışdır.

Şakir Bədəlov 1990-cı ildə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin müvafiq əmri ilə yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında, elmi-tədqiqat işlərinin təşkilində və institutun maddi-texniki bazasının möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə nazirliyin Fəxri fərmanı, 1991-ci ildə SSRİ Dövlət Sığortasının 70 illiyi münasibəti ilə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Şakir Bədəlovun təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nəzərə alınaraq 2001-ci ildə yenidən Azərbaycan Dövlət İqtisad Universiteti maliyyə və kredit fakültəsinin dekanı seçilmiş və 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır. İşlədiyi dövrdə səmərəli elmi-pedaqoji fəaliyyətinə və təşkilatçılıq qabiliyyətinə görə universitet rəhbərliyinin bir sıra təşəkkür və mükafatlarına layiq görülüb.

Şakir Bədəlov "Maliyyə və kredit", "Müəssisələrin və xalq təsərrüfatı sahələrinin maliyyəsi", "Maliyyə", "Büdcə sistemi" dərsliklərinin həmmüəllifi, bir sıra dərs vəsaitlərinin və çoxsaylı proqram və metodiki vəsaitlərin, 50-dən artıq elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.

Şakir müəllim maliyyə, büdcə sistemi, büdcə proqnozlaşdırılmasının problemləri və s. fənləri tədris etməklə, mühazirə və seminar məşğələlərini yüksək elmi-nəzəri səviyyədə qurur və təcrübə ilə sıx əlaqələndirir. Tədris işini günün tələbləri səviyyəsində qurmaq üçün daim öz üzərində çalışır, tədrisin interaktiv formalarını geniş tətbiq edir, üzərinə düşən vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə daim səy göstərir. Hazırda elmi-tədqiqat işlərini davam etdirməklə yanaşı, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması üzərində işləyir.

Şakir müəllim TEC xətti ilə də tələbələrin elmi-tədqiqat işlərinə daim rəhbərlik edir, onun rəhbərliyi ilə çoxsaylı tələbələr tələbə elmi konfranslarında etdiyi elmi məruzələrinə görə diplom və mükafatlara layiq görülmüşlər.

O, həm özünə, həm də tələbələrinə və yoldaşlarına qarşı tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, səmimiliyi və təvazökarlığı sayəsində universitetin tələbə kollektivinin və professor-müəllim heyətinin dərin hörmətini qazanmışdır.

Şakir Bədəlov yaxşı ailə başçısıdır, üç övladı var, onların hamısı ali təhsilli və ailəlidir, bir oğlu iqtisad elmləri namizədidir.

Şakir müəllim həm də sədaqətli, etibarlı və təmənnasız dostdur.

Keçdiyi çox çətin, lakin olduqca məzmunlu və şərəfli həyat yolunun 70 illiyini, səmərəli əmək və elmi-pedaqoji fəaliyyətinin 50 illiyini səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və elmi-pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayırıq. 

Bəybala XANKİŞİYEV,
Azərbaycan Dövlət
İqtisad Universitetinin
professoru, respublikanın əməkdar iqtisadçısı

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

14 May 2010 - 18

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təlim kurslarının təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
 
Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Bakı Dövlət Universiteti günlərinin açılışı olub
 
Naxçıvan Dövlət Universitetində xarici dillərin tədrisindən qonaqlar razı qalıblar
 
Bakıda İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı keçirilir
 
Məktəblilərin III İntellekt olimpiadası keçirilib
 
Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası
 
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək
 
Norveçli diplomatlar Azərbaycan Dillər Universitetində olublar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Azərbaycanda milli qiymətləndirmə təcrübəsi
 
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
 
"Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans
 
Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir
 
"Açıq dərs" yüksək qiymətləndirildi
 
Qəbələnin Vəndam qəsəbə 1 nömrəli orta məktəbində seminar keçirilib
 
"Azəri inciləri" Türkiyədən qayıdıb
 
Kimyəvi birləşmələrdə rabitə saylarının riyazi ifadəsi
 
Şərəfli həyat yolu
 
Liseydə şagird elmi-praktik konfransı 
 
Azərbaycan gəncləri Avropa Tələbə Hərəkatında təmsil olunacaqlar
 
ADPU-da Cəfər Xəndanın 100 illik yubileyi qeyd olunub
 
Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı
 
Məktəbdə yubiley tədbiri
 
"Sevgi dolu alim və pedaqoq"
 
"Fizika gecəsi" keçirilib
 
Böyük sənətkarın 100 illik  yubileyi qeyd edildi
 
Tələbə liqasının püşkü atıldı
 
Unibank Gəncədə uşaq futboluna dəstək verəcək
 
Bağçada ekologiya mövzusunda "açıq məşğələ"
 
"Yol hərəkəti qaydaları və mən"
 
"Azərbaycan xalq ədəbiyyati" yeni formada
 
Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov