Mayın 11-də Bakı Uşaq Teatrında talassemiyalı
uşaqlar üçün qanvermə aksiyası keçirilib.
Aksiyada teatr truppası ilə yanaşı, ayrı-ayrı
vətəndaşlar da iştirak ediblər. Tədbirin əyləncə
hissəsində əlil uşaqlardan ibarət studiyanın
üzvləri nağıl personajlarının iştirakı ilə
maraqlı səhnəcik nümayiş etdiriblər. Tamaşa
bitdikdən sonra balacalar aksiyanın
təşkilatçılarına təşəkkür ediblər. Teatrın
direktoru və bədii rəhbəri İntiqam Sultan sonda
aksiyanın əhəmiyyətini yüksək qiymətləndirib,
onun iştirakçılarına və studiyanın üzvlərinə
minnətdarlığını bildirib.
Elvira İSMAYILOVA,
Aytən KOSAYEVA,
BDU-nun jurnalistika
fakültəsinin IV
kurs tələbələri |