Azərbaycan Dövlət Pedaqoji Universitetində
xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə
həsr olunmuş tədbir keçirildi.
Mərasimi universitetin rektoru, professor
Yusif Məmmədov açaraq XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai
xadim, vətənpərvər ziyalı Rəsul Rza haqqında
geniş danışdı. Azərbaycan poeziyasına
yeniliklər gətirən böyük ziyalını novator şair
kimi səciyyələndirən natiq onun ibrətamiz,
fəlsəfi düşüncələrini diqqətə çatdırdı.
Çıxışlarda Rəsul Rzanın ədəbiyyatımızın
inkişafındakı rolundan danışıldı, böyük
sənətkarla bağlı xatirələr söylənildi.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar atasının bu mötəbər ali təhsil
ocağında yubiley tədbirinin keçirilməsindən
məmnunluğunu ifadə etdi və mərasimin
hazırlanmasında əməyi olanlara minnətdarlığını
bildirdi.
Yubiley tədbiri tələbələrin hazırladıqları
kompozisiya ilə başa çatdı.
Sifai SƏFƏROVA |