Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 

İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı

Bookmark and Share

İyunun 26-da 7 nömrəli Bakı Peşə Liseyində ölkəmizdə fəaliyyət göstərən İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin ümumi yığıncağı keçirildi. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov  yığıncağı açaraq, iştirakçıları Təhsil Nazirliyinin rəhbərliyi və öz adından salamladı, Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibətilə  təbriklərini çatdırdı. Sonra yığıncaq iştirakçıları 1 dəqiqəlik sükutla ulu öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olanların  xatirəsini yad etdilər.

Yığıncaqda Namiq Məmmədov mövcud problemlərin həllinə dair təkliflərlə çıxış edib, buraxılış ixtisas imtahanlarının nəticələri barədə məlumat verdi. İmtahanların nəticələrinin müzakirəsinin, buraxılan nöqsanların araşdırılmasının vacibliyini qeyd etdi. 

Sonra yeni normativ - hüquqi sənədlər: İlk peşə-ixtisas təhsili müəssisələrində imtahanların aparılması,  şagirdlərin kursdan kursa keçirilməsi və buraxılması barədə təlimat, İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum) haqqında, şagird qəbulu qaydaları haqqında, təhsil haqqında, dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları haqqında ümumi məlumat verildikdən sonra, geniş müzakirə edildi.

Nəzərə çatdırıldı ki, İlk peşə-ixtisas təhsili müəssisələrinin illik fəaliyyət planlarında  Dövlət Proqramının icrası ilə bağlı verilmiş əmrlər, təhlillər və digər məsələlər təhsil müəssisələrinin rəhbərləri tərəfindən müzakirə edilərək yerinə yetirilir. Müəyyən çətinliklər olsa da, Dövlət Proqramına uyğun olaraq, Təhsil Nazirliyi inkişaf etmiş ölkələrdə texniki peşə təhsili müəssisələri ilə müxtəlif dövlət və qeyri-dövlət təşkilatları arasında əlaqələrin yaradılmasını təmin edir. Belə əlaqələrin yaradılması, ilk növbədə, peşə təhsili müəssisələrinə cəmiyyətin inkişafında fəal iştirak etməyə, baş verən dəyişikliklərə uyğun inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaradır.

Qeyd edildi ki, peşə təhsilinin inkişafında dövlətin iştirakı ilə yanaşı, işəgötürənlər, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətini təmin etməliyik. Məhz belə əlaqələr nəticəsində texniki peşə təhsili sahəsində uğurlar əldə etmək olar. Müəssisə rəhbərlərinə İlk peşə-ixtisas təhsili sistemində ixtisaslı mühəndis-pedaqoji kadrların hazırlıq səviyyəsinin və pedaqoji kadrların hazırlanması işinin təşkili vəziyyətinin yaxşılaşdırılması bir daha müəssisə rəhbərlərinin nəzərinə çatdırıldı.

İclasda mövcud problemlərin həlli məqsədilə ixtisas və fənn müəllimlərinin ixtisasartırma kurslarına cəlb olunması, şagird qəbulunun qruplarda 20 nəfərə qədər artırılması ilə bağlı dəyişikliklərin edilməsi, müsabiqə yolu ilə qəbul qaydalarının işlənilməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi üçün mexanizmin hazırlanması, zəif nəticə göstərən müəssisələrə şagird qəbulunun azaldılması  və digər məsələlər barədə təkliflər irəli sürüldü.

Elxan CƏFƏROV,
Təhsil Nazirliyi Texniki peşə təhsili
şöbəsinin aparıcı məsləhətçisi

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov