Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Noyabr 2010 - 43

 

"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir

Bookmark and Share

Oktyabrın 31-də Azərbaycanın Misirdəki səfirliyi, Gənclər və İdman Nazirliyi və Misirin Qahirə Universitetinin birgə layihəsi olan "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinə start verilmişdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə çərçivəsində Misirin ali təhsil müəssisələrinin tələbələrinin Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı, beynəlxalq münasibətlərdə rolu və digər mövzularda inşa yazıları nəzərdə tutulmuşdur.

Layihənin məqsədi misirli gənclərin, tələbələrin və gənc elm xadimlərinin Azərbaycan haqqında biliklərini artırmaq, onları ölkəmizlə bağlı elmi tədqiqat işlərinə həvəsləndirməkdir.

Gənclər və İdman Nazirliyinin dəvəti ilə Azərbaycanla daha yaxından tanış olmaq üçün münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı on inşa müəllifinin ölkəmizə səfəri təşkil olunacaqdır.

İnşa müsabiqəsi Misirin Qahirə, Ayn-Şəms, Əl-Əzhar, İsgəndəriyyə, Qahirə Amerika Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrini əhatə edəcəkdir.

Qalibləri mükafatlandırma mərasimi 2011-ci il yanvarın 25-də olacaqdır.

Qahirə Universitetinin rektoru Hüsəm Kamil və prorektor Adel Zayed ilk gündən bu təşəbbüsü alqışlamış, onun körpü rolunu oynayaraq, Azərbaycan və Misir gənclərinin birliyinin möhkəmlənməsinə, ölkələrimizin elm dairələri və təlim-tədris müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə əmin olduqlarını bildirmişlər.

"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin əlaqələndiricisi, "Sivilizasiyaların tədqiqi və mədəniyyətlərin dialoqu" proqramının direktoru Pakinam əl Şərqavi müsabiqənin Misir tələbələri tərəfindən maraqla qarşılandığını vurğulamış, bu kimi layihələrin dərin tarixi köklərə əsaslanan Azərbaycan-Misir xalqları arasında dostluğun güclənməsinə xidmət etdiyini demişdir.

Layihə çərçivəsində Azərbaycanın Misirdəki səfirliyi tələbələrlə görüşlər keçirəcək, onlara yazdıqları inşa mövzusu ilə bağlı elmi və tədqiqat materialları verəcəkdir.

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

5 Noyabr 2010 - 43

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni məktəb binası ilə tanış olub
 
Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər  Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib
 
Nobel mükafatının 2010-cu il laureatlarının adları açıqlanıb
 
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir
 
Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub
 
Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib
 
Tələbə klublarının təqdimatı keçirildi
 
Beynəlxalq qiymətləndirmə təcrübəsi
 
Vətənpərvərlik tərbiyəsi ilə bağlı proqram qəbul olunacaq
 
Paytaxtda müəllimə xalq abidəsi ucaldılıb
 
MDU inkişaf üçün 5 milyard rubl alacaq
 
Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər
 
Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə tanışlıq
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər təhsil alır
 
Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb
 
Beynəlxalq uşaq bədii rəsm müsabiqəsində fərqləniblər
 
"Bakı" mövzusunda Vətən dərsi
 
Aktyorlar məktəblilərin qonağı oldular
 
Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim
 
NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Uşaqlara hədiyyə
 
Tamellanın sənət uğurları
 
Dünya universitetləri: Kopenhagen Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov