Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Noyabr 2010 - 43

 

NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib

Bookmark and Share

Naxçıvan Dövlət Universitetinin SİFE (Students İn Free Enterrrise - Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) komandası, fəaliyyətinin ilk ilindən başlayaraq innovasiyalı təhsil proqramlarının inkişafı, azad sahibkarlıq fəaliyyətinin öyrədilməsi, sosial məqsədlərin reallaşdırılması istiqamətində tələbələrin vahid komanda kimi fəaliyyətinin koordinasiya edilməsində bir sıra uğurlar əldə etmişdir. Komanda bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində keçirilən dünya çempionatında iştirak etmiş, nəinki ölkəmizi, Cənubi Qafqazı müvəffəqiyyətlə təmsil etmişdir. Elə bu məqsədlə də komandanın rəhbəri, İqtisad fakültəsinin dekan müavini, iqtisad elmləri namizədi, dosent Müslüm Cabbarzadə ilə görüşüb ətraflı söhbət etdik.  

- Müslüm müəllim, istərdim ki, əvvəlcə SİFE təşkilatı barədə oxucularımıza məlumat verəsiniz.

- SİFE - ali təhsil müəssisələri və biznes strukturları arasında qlobal partnyorluq, əməkdaşlıq təşkilatıdır. Dünya universitetləri arasında belə əlaqələrin qurulması nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını praktikada tətbiq edir və əldə etdiyi bilikləri digərləri ilə bölüşür. SİFE təşkilatı 70-ci illərin ortalarında ABŞ-da yaradılmış və tədricən genişlənərək dünyanın universitet əsaslı ən iri təşkilatlarından birinə çevrilmişdir. Nazırda 50-dən çox ölkənin ən nüfuzlu universitetlərinin tələbə komandaları hər il keçirilən dünya çemrionatında öz ölkələrini və universitetlərini təmsil edirlər. SİFE komandalarının məqsədi auditoriyada torlanmış təcrübə əsasında müəyyən layihələr həyata keçirməklə bazar iqtisadiyyatını, uğur qazanmaq bacarığını, sahibkarlıq, maliyyə savadı və biznes etikasının rrinsirlərini öyrənməkdən, həmçinin seçilmiş auditoriyaya azad sahibkarlığın rrinsirlərini aşılamaqla onların rotensialının tam reallaşmasına təkan verməkdən ibarətdir. Azərbaycan SİFE təşkilatına 2005-ci ildə qoşulmuşdur.

- Naxçıvan Dövlət Universitetinin SİFE komandasının fəaliyyəti və uğurları barədə nə deyə bilərsiniz?

- Komanda 2008-ci ildə rektor, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılmışdır.  Komanda qısa müddət ərzində bir çox uğurlar əldə etmişdir. Belə ki, 2009-cu ildə ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı milli çemrionatda tələbələrimiz uğurla çıxış edərək III yerə layiq görülmüş və ölkəmizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında keçirilən yarışmada təmsil etmək hüququ qazanmışdır. Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan komandalarının iştirak etdiyi regional forumda tələbələrimiz tərəfindən təqdim olunan layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi, "Ən yaxşı biznes layihəsi" və "Ən yaxşı sosial layihə" nominasiyaları üzrə qalib elan edildi. 

- Və nəhayət, 2010-cu ildə V resrublika çemrionatının qalibi oldunuz...

- Artıq beşinci ildir ki, hər akademik tədris ilinin sonunda Azərbaycan Resrublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə SİFE Milli Çemrionatı keçirilir.  Çemrionatda iştirak edən komandalar tədris ili ərzində biznes, təhsil və sosial sahələrdə ən azı 3 layihə icra etməlidirlər. Hər bir komandadan onların fəaliyyətini və tədris layihələrini əks etdirən illik yazılı hesabat hazırlamaq tələb olunur. Üarışma zamanı hər komandaya 37 dəqiqə vaxt ayrılır və bu müddətdə komanda öz təqdimatını keçirməlidir. Nazırlanan layihələr cəmiyyət və insanların yaşayış standartlarının təkmilləşdirilməsinə nə dərəcədə təsir göstərməsi baxımından münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Bakı şəhərində keçirilən builki çemrionatda komandamız bütün rəqiblərini geridə qoyaraq 2010-cu ilin SİFE çemrionu adını qazandı.

- Nəticədə SİFE dünya çemrionatina vəsiqə qazandınız. Komanda çempionata necə hazırlaşmışdı?

- Rektor, akademik İsa Həbibbəylinin tapşırıq və himayəsi ilə komandamız dünya kuboku uğrunda yarışa ciddi hazırlaşmışdı. SİFE-nin Azərbaycan üzrə rəhbəri Kəmalə Məmmədova və "SİFE Qlobal" beynəlxalq təşkilatının Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə rroqram direktoru Üusif Məcidov Naxçıvanda təlim kursu keçmiş, komandamız Dünya Kuboku yarışında 2010-cu ildən tətbiq olunacaq yeni meyarlar və layihələrin istiqamətləri haqqında ətraflı məlumat almışdı.

- Beynəlxalq çempionatın gedişi barədə nə deyə bilərsiniz?

- Dünya çemrionatında dünyanın müxtəlif qitələrindən - Amerikadan, Avroradan, Asiyadan 40 ölkəni təmsil edən ən güclü universitetlərin tələbə komandaları iştirak edirdi. Los-Ancelesdə Mariott otelinin konvensiya salonunda yarışların rəsmi açılış mərasimindən sonra bütün ölkələrin milli mədəniyyətləri nümayiş olundu. Naxçıvan Dövlət Universiteti tərəfindən Azərbaycanın tarixini, mədəniyyətini, milli xüsusiyyətlərini, kulinariyasını əks etdirən zövqlə hazırlanmış guşə iştirakçılar tərəfindən böyük  maraqla qarşılandı. Milli geyimdə olan tələbələrimiz müxtəlif xalqların nümayəndələrinə Azərbaycan haqqında, mənəvi dəyərlərimiz, adət-ənənələrimiz barədə ətraflı məlumatlar verdilər, milli musiqi və rəqslərimizi nümayiş etdirdilər. Eyni zamanda tələbələr digər ölkələrin mədəniyyətləri ilə tanış olmaq imkanı əldə etdilər.  Komandamız tərəfindən münsiflər heyətinin diqqətinə 2 biznes və 1 sosial layihə təqdim edilmişdi.

- Komandanın çempionatdakı çıxışı necə qarşılandı?

- Qeyd edim ki, yarışın gedişi münsiflər heyəti tərəfindən qiymətləndirildi. I yeri Misir, II yeri Çin, III yeri ABŞ, IV yeri isə Nindistan universitetlərinin komandaları tutdu. Dünya  çemrionatının qrur mərhələsində Fransa, Rusiya, Braziliya, Tailand kimi güclü rəqiblərlə mübarizə araran komandamızın ingilis dilində səlis çıxışı, sual-cavabdakı iştirakı, informasiya-kommunikasiya texnologiyalarından istifadəsi münsiflər heyəti və yarış iştirakçıları tərəfindən yüksək  qiymətləndirildi. Qrur mərhələsində IV yerə layiq görüldük. Üekun nəticələrə görə komandamız Meksika, Üeni Zelandiya, Qazaxıstan, Tacikistan, İsveç, Tailand, Puerto-Riko və digər ölkələrin komandalarından irəlidə oldu. Eyni zamanda ölkəmiz Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında ən yaxşı  SİFE ölkəsi adına layiq görüldü. Komandamıza dirlom və mükafatlar təqdim edildi. Yeri gəlmişkən, komandanın uğurlu çıxışında məsləhətçi, universitetin magistratura üzrə dekanı, tarix elmləri namizədi Elbrus İsayevin, komandanın kapitanı Elçin Əliyevin, ümumiyyətlə, hər bir iştirakçının əməyini xüsusi qeyd etmək istərdim. Bizə böyük mənəvi dəstək olan muxtar respublika və universitet rəhbərliyinin də qələbəmizdə ayrıca payı var.

- Komandanın Amerika təəssüratlarını da bölüşmək maraqlı olardı...

- Los-Ancelesdə şəhərin məşhur Nollivud yerləşən bolgəsi, Amerika filmlərinin çəkildiyi Universal Studio, dünyada məşhur olan Disney Lənddə olduq. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulu Elin Süleymanovla görüşdük. Bütün səfər boyu Baş Konsulluq komandamızı diqqətdən kənarda qoymur, rroblemlərimizlə maraqlanırdı. Ən unudulmaz anlar isə orada Azərbaycan bayrağı altında doğma vətənimizi təmsil etmək idi. Uşaqlar bütün dünya xalqlarının nümayəndələrinə Azərbaycan haqqında qürurla danışırdılar. Los-Ancelesin mərkəzi küçələrində xorla Azərbaycanın xalq mahnılarını oxumağımız heç zaman unudulmaz. İnanıram ki, daha parlaq qələbələr heç də uzaqda deyil.

- Biz də sizə uğurlar arzu edirik.  

Mehriban SULTAN

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

5 Noyabr 2010 - 43

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni məktəb binası ilə tanış olub
 
Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər  Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib
 
Nobel mükafatının 2010-cu il laureatlarının adları açıqlanıb
 
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir
 
Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub
 
Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib
 
Tələbə klublarının təqdimatı keçirildi
 
Beynəlxalq qiymətləndirmə təcrübəsi
 
Vətənpərvərlik tərbiyəsi ilə bağlı proqram qəbul olunacaq
 
Paytaxtda müəllimə xalq abidəsi ucaldılıb
 
MDU inkişaf üçün 5 milyard rubl alacaq
 
Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər
 
Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə tanışlıq
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər təhsil alır
 
Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb
 
Beynəlxalq uşaq bədii rəsm müsabiqəsində fərqləniblər
 
"Bakı" mövzusunda Vətən dərsi
 
Aktyorlar məktəblilərin qonağı oldular
 
Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim
 
NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Uşaqlara hədiyyə
 
Tamellanın sənət uğurları
 
Dünya universitetləri: Kopenhagen Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov