
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) yerli ali təhsil müəssisələrinin iştirakı ilə Dünya İqtisadi Forumunun (DİF) “Strategic Intelligence” (strateji zəka) platformasına dair infosessiya təşkil edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə platformanın təqdimatı, məzmun təchizatçısı kimi iştirak imkanları barədə məlumat verilib. Həmçinin Bakı Mühəndislik Universitetinin (BMU) platformanın üzvü kimi əldə etdiyi uğurlu təcrübə iştirakçılarla paylaşılıb.
4SİM-in dəstəyi ilə 2025-ci ildə BMU ilə yanaşı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də İqtisadi və Sosial İnkişaf Mərkəzi bu platformaya məzmun təchizatçısı kimi qoşulublar.
Məlumat sessiyasında ADA Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri iştirak ediblər.
Süni intellekt əsasında işləyən “Strategic Intelligence” platformasında iqtisadi və sosial inkişaf istiqamətləri, yeni texnologiyalara dair məlumatlar təqdim olunur. Platforma ali təhsil ocaqları üçün elmi yenilikləri izləmək, tədqiqatlarla tanış olmaq və yeni əməkdaşlıq imkanları yaradır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər