
Oktyabrın 1-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovla Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov arasında görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə həmçinin TKTA-nın və MDU-nun struktur bölmə rəhbərləri iştirak ediblər.
İdarə Heyətinin sədri TKTA ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsinin ölkəmizdə təhsil sisteminin inkişafı baxımından vacib olduğunu bildirib. O, TKTA-nın keyfiyyət təminatı sahəsində beynəlxalq standartlara uyğunlaşma istiqamətində gördüyü işlərdən danışaraq bu prosesin ali təhsil müəssisələrinin rəqabətqabiliyyətini artırmaq üçün əsas amil olaraq vurğulayıb.
Eyni zamanda, görüşün önəmini vurğulayan rektor Anar Eminov MDU-nun cari ildə əldə etdiyi nailiyyətlərdən bəhs edib və növbəti il üçün prioritet hədəflərini təqdim edib.
Görüşdə ali təhsil müəssisələrində daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, beynəlmiləlləşmənin artırılması kimi təhsilin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər