
"2026-cı ildə MR-də məktəbəqədər təhsil müəssisəsi ehtiyacı ilə bağlı işlər görüləcək. Artıq bununla əlaqədar müvafiq qurumlara müraciətimizi ünvanlamışıq".
Bu fikirləri "Azərbaycan müəllimi"nə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O bildirib ki, ilk olaraq Naxçıvan şəhərində və rayonlarda bağça ehtiyacının daha çox olduğu yerlərdə müvafiq torpaq sahələrinin müəyyənləşməsi və növbəti illərdə isə həmin ərazilərdə bağçaların layihələndirilərək tikintisinə başlaması nəzərdə tutulur:
"İlkin hədəf olaraq MR-də 5 bağçanın tikilməsi nəzərdə tutulur. Bu müəyyən qədər uzun bir proses olacaq, çünki iqtisadi əsaslandırma və tikinti 2-3 il vaxt apara bilər. Biz ehtiyacları əsas təhlil edərək onların Ordubad və Culfa rayonlarının mərkəzində yox, kənd və yaşayış massivlərində tikintisini nəzərdə tuturuq. Əlavə olaraq Şərur rayonunda rayon mərkəzi də nəzərə alınmaqla bağça tikintisi planlaşdırılır. Naxçıvan şəhərində isə biz iki bağça tikintisini nəzərdə tuturuq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər