
"Müəllimlə bağlı vahid geyim forması yoxdur. Qanunvericilikdə olmayan bir şeyin tətbiqi özü-özlüyündə qanunun pozulması deməkdir".
Bu barədə “Azərbaycan müəllimi”nə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O bildirib ki, müxtəlif məktəblər Pedoqoji Şuranın qərarı ilə könüllü vahid formaya keçiblərsə, burada hər şey qanunauyğun olmalıdır:
"Bu, məcburi olmalı deyil, hər kəsin razılığı ilə həyata keçirilməldir. MR hələ bu nümunəni ortaya qoymayıb. Bu, çox həssas məsələdir. Amma bir təhsil işçisi olaraq düşünürəm ki, hər bir müəllim öz geyimi ilə müəllim obrazını forma olaraq göstərməlidir. Burada məsələ odur ki, müəllim səliqəli olmalı, gözəçarpan rəng və geyimlərdən istifadə olunmamalıdır. Geyim qaydaları ilə bağlı müəllimlərimizlə bu istiqamətdə söhbətlər aparırıq ki, biz nümunəvi olmalıyıq. Mən MR-də çalışan bütün kişi və qadın müəllimlərə təşəkkürümü bildirirəm ki, bu məsələlərdə öz məsuliyyətlərini çox yaxşı dərk edirlər. İstisnalar olanda isə cəmiyyət özü buna reaksiya verir. Cəmiyyətin reaksiyası nəticə yönümlü olur".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər