
“Naxçıvan Muxtar Respublikasının da yaxın gələcəkdə "Rəqəmsal məktəb" platformasına qoşulması mümkün olacaq”.
Bu barədə “Azərbaycan müəllimi”nə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O bildirib ki, bunun üçün müəyyən bir zamana ehtiyac var:
"Mənə görə, bu, çox uğurlu bir tətbiqdir. İlk olaraq ölkənin ekoloji siyasətinə tam dəstəkdir və nəzarət imkanlarını artırır. MR-in də yaxın gələcəkdə həmin tətbiqlərə qoşulması mümkün olacaq. Əvvəldə qeyd etdiyimiz interaktiv yardım layihəsi çərçivəsində bizim bütün müəssilərimizdə internet təminatı yaxşılaşacaq. Bu bizə imkan verəcək ki, bir neçə məktəbdə deyil, eyni zamanda bütün məktəblərdə çox sürətli şəkildə bunu tətbiq edək. Hər bir tətbiq özü ilə bərabər suallar və cavablarını yaradır. Düşünürəm ki, bütün bunlardan sonra elektron jurnal tətbiqi MR-də də tətbiq ediləcəkvə uğurlu nəticəsi olacaq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər