Bütün xəbərlər
10 oktyabr, 12:13

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İqtisadiyyat və menecment” fakültəsinin Menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallının həmmüəllifi olduğu elmi məqalə Xorvatiyanın nüfuzlu “Economic Thought and Practice” jurnalında nəşr olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, “Emissiyalar, iqtisadi artım və məşğulluq arasındakı əlaqələrin araşdırılması: Azərbaycanın nümunəsi” adlı məqalədə Azərbaycanın yaşıl iqtisadiyyata keçidi kontekstində CO₂ emissiyaları, iqtisadi artım və məşğulluq arasındakı qarşılıqlı əlaqələr empirik olaraq araşdırılıb.

Məqalədə 1990–2023-cü illəri əhatə edən illik statistik məlumatlar əsasında Toda-Yamamoto səbəb-nəticə analizi tətbiq edilib. Tədqiqat nəticələri iqtisadi artım və məşğulluq arasında statistik cəhətdən əhəmiyyətli qarşılıqlı əlaqənin mövcud olduğunu ortaya qoyur. Bu isə göstərir ki, iqtisadi artımı təşviq edən siyasətlər əmək bazarına da müsbət təsir göstərir. Eyni zamanda, CO₂ emissiyaları ilə məşğulluq arasında müəyyən edilən birtərəfli səbəb-nəticə əlaqəsi ətraf mühit faktorlarının məşğulluq dinamikasına təsirini aydın şəkildə nümayiş etdirir. Məqalədə vurğulanır ki, ölkənin aşağı karbonlu, innovasiyaya əsaslanan iqtisadi modelə keçidi həm “yaşıl iş yerlərinin” yaradılmasına, həm də inklüziv və dayanıqlı iqtisadi artımın təmin olunmasına şərait yarada bilər.

Qeyd edək ki, “Economic Thought and Practice” jurnalı “Scopus” və “Web of Science (WoS)” beynəlxalq elmi bazalarında indeksləşdirilir və Q3 kvartildə yer alır. Jurnal hər il dünya üzrə yüzlərlə müraciət arasından yalnız 30 ən yüksək elmi keyfiyyətə malik məqaləni dərc edir və müəlliflərdən nəşr üçün ödəniş tələb etmir. Bu fakt jurnalın seçicilik dərəcəsinin yüksək olduğunu və yalnız ciddi elmi dəyəri olan tədqiqatlara üstünlük verdiyini göstərir.

https://hrcak.srce.hr/336254

Şərhlər

Xəbər lenti

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 17:09

BMU ilə Malayziya universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

10 oktyabr, 15:48

NDU-da dərs deyən əcnəbi alimlərin sayı rekord həddə çatıb

10 oktyabr, 15:27

Maksimum nəticə göstərən müəllim: Heç vaxt “hər şeyi bilirəm” deməmişəm

10 oktyabr, 14:37

Məktəblərdə iqlim savadlılığını necə artıraq?

10 oktyabr, 14:11

BANM-də “Dayanıqlı İnkişaf Həftəsi” keçirilib

10 oktyabr, 14:03

AzMİU-da ekoloji təhlükəsizliklə bağlı master-klas təşkil olunub

10 oktyabr, 13:20

“Məqsədim ancaq qələbə çalmaq idi” – MDB Oyunlarının medalçısı

10 oktyabr, 13:11

Sülh üzrə Nobel laureatının adı açıqlandı

10 oktyabr, 12:48

Daha 584 tələbə dövlət sifarişi ilə təhsil alacaq

10 oktyabr, 12:41

Türkiyəli mütəxəssislər peşə mərkəzində təlimlər keçirlər

10 oktyabr, 12:25

BSU-da inklüziv və dayanıqlı təhsil proqramları müzakirə edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.