
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi fəaliyyətin inkişafı və beynəlxalq təcrübənin paylaşılması məqsədilə “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar təşkil olunub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə universitetin müvafiq kafedra və dekanlıqlarının əməkdaşları, elmi işçilər və doktorantlar iştirak ediblər. Seminarda materialşünas mütəxəssis Oksana Ostrovskaya təqdimatla çıxış edib.
O, təqdimatında müasir materialların, xüsusilə yüksək temperaturlu və nanokompozit materialların inkişaf istiqamətləri, onların sənayedə tətbiq sahələri, eləcə də innovativ texnologiyalar və metodlar vasitəsilə yeni kompozitlərin hazırlanması barədə ətraflı məlumat verib.
Sonda Oksana Ostrovskaya iştirakçıların suallarını cavablandırıb, onların elmi maraqlarına uyğun əlavə izahlar təqdim edib və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər