Bütün xəbərlər
17 iyun, 16:24

İnkişaf etmiş dünyada texnologiyadan uzaq qalmaq mümkünsüzdür. Bu gün, demək olar ki, texnologiya hər evin içindədir. Telefonlar, planşetlər, televizorlar gündəlik həyatımızın bir parçasına çevrilib. Amma bu inkişafın içində bir məqam var ki, çoxumuz onu görməzdən gəlirik. Texnologiyadan düzgün istifadə etmədikdə bu yenilik ailə münasibətlərinə təsir göstərir.

Əvvəllər evlərdə səs-küy daha çox olardı. Uşaqlar otaqdan-otağa qaçar, valideynlər bir-biri ilə söhbət edər, nənə-baba nəvəsinə nağıl danışardı. İndi isə əksər evlərdə qəribə bir səssizlik hökm sürür. Kimsə bir-biri ilə müzakirələr aparmır, tam olaraq ünsiyyət qurmur. Hər kəsin gözü bir ekrandadır. Ana yemək bişirərkən telefona baxır, ata evə gələr-gəlməz televizorun pultunu axtarır, uşaq isə dərhal planşeti əlinə alır. Ailə bir evdə yaşayır, amma bir-birindən getdikcə uzaqlaşır.

Ən narahatedici məqamlardan biri də uşaqlara qarşı diqqətin çatışmazlığıdır. Bir uşaq sual verir, cavab almır və ya valideyn “sonra danışarıq” deyib ekranına qayıdır. Uşaq öz sualının, fikrinin, hissinin dəyərsiz olduğunu düşünür. Halbuki o an uşaq üçün çox vacibdir. Böyüklər üçün adi görünən bir cümlə, bir baxış, bir qucaqlaşma uşağın yaddaşında illərlə qalır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü ildə apardığı sorğunun nəticəsinə görə, Azərbaycanda 6-18 yaşlı uşaqların 35 %-i hər gün internetdə 5 saatdan çox vaxt keçirir. Ancaq bu göstərici təkcə rəqəm deyil. Bu, gündə 35 %-ə yaxın uşağın emosional və sosial inkişafının risk altında olması deməkdir.

Düşünmək lazımdır ki, uşaq valideynin münasibətini görərək ünsiyyət qurmağı, sevgini, diqqəti, sərhədləri öyrənir. Əgər qarşısında daim telefona baxan, öz dünyasına çəkilmiş bir valideyn görürsə, gələcəkdə özü də eyni modelə çevriləcək. Belə ki, ailə daxilində münasibətlər zəifləməyə başlayır və bu da həm psixoloji, həm də emosional boşluqlar yaradır.

Valideyn Nübar Babayeva  (ad şərtidir) mənə başına gələn bir əhvalatı danışdı: “Axşam işdən gələndə çox yorğun idim. Oğlum mənə yaxınlaşdı, əlində də kağız. “Ana, bax, bu gün rəsm dərsində səni çəkmişəm”, - dedi. Başımı telefondan qaldırmadan cavab verdim ki, yaxşı, qoy ora, sonra baxaram. O isə yavaşca “Onsuz da sən heç vaxt sonra baxmırsan”, - söylədi. O cümlə mənə elə təsir etdi ki… Həmin an anladım ki, mənim kiçik sandığım bir an onun üçün nə qədər böyük imiş”.

Texnologiyanın ailə həyatına mənfi təsirini azaltmaq bizim əlimizdədir. Bu, çox çətin deyil. Buna gündəlik kiçik addımlarla başlaya bilərik. Məsələn, axşam yeməyi zamanı telefonları kənara qoymaq, hər gün 15-20 dəqiqə ailə üzvləri ilə birgə söhbət etmək, uşağın danışdıqlarını həvəslə dinləmək və cavab vermək, həftədə bir gün “ekransız gün” təyin etmək kimi planlamalar etmək olar. 

Bu cür kiçik dəyişikliklər zamanla böyük nəticələr doğurur. Ailədəki münasibətlər yenidən canlanır, uşaqlar özlərini daha güvənli hiss edir, valideynlər və övladlar arasında daha sağlam bağlar qurulur.

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tövsiyə edir ki, 2-4 yaş arası uşaqlar gündə ən çox 1 saat ekran qarşısında vaxtı keçirsin. 1 yaşdan kiçik uşaqlar üçün isə bu müddət sıfırdır.

Texnologiyanın faydaları da var…

Texnologiya yalnız ailə münasibətlərinə zərər vuran deyil, doğru istifadə edildikdə onu gücləndirən bir vasitə də ola bilər. Məsələn, uzaqda olan yaxınlarla görüntülü danışmaq, əlaqələr yaratmaq. Ailənin birlikdə izlədiyi maarifləndirici proqramlar və sənədli filmlər yeni mövzulara yol açır. Uşaqlar üçün interaktiv öyrənmə tətbiqləri düzgün nəzarət edilərək istifadə edilərsə, təhsili maraqlı və effektli edə bilir.
Ailə albomları, birlikdə baxılan şəkillər və xatirə videoları birlik hissini gücləndirir.

Əlimizdə olan texnologiya ilə həm ünsiyyət qurmaq, həm də ailə bağlarını qorumaq mümkündür. Bunun üçün sadəcə bir az niyyət, bir az da diqqət yetər. 

Gəlin ekranlardan başımızı qaldırıb bir-birimizin gözünə baxaq! Söhbət edək! Uşağımızın dediklərinə qulaq asaq! Çünki ailə hər şeyin başlandığı və ruhun dincəldiyi ilk yerdir.

Unutmayaq ki, uşağın yadında qalacaq ən gözəl xatirə bir ekran deyil, valideyni ilə keçirdiyi an olacaq. Və onları texnologiyadan uzaqlaşdırmaq yox, onlardan necə faydalana bilməyi öyrətmək lazımdır. Texnologiyanı həyatımıza daxil edək, amma onun ailəmizi əvəz etməsinə imkan verməyək!

Yazı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur.

Şərhlər

Xəbər lenti

17 iyun, 20:24

Mətin Kərimli: Müəllim və direktor lider olmasa, məktəbdə hər hansı dəyişiklik etmək mümkün deyil

17 iyun, 20:22

Sertifikatlaşdırmadan keçən müəllimlərin dərs yükü artırılıb

17 iyun, 18:22

STEAM’ool olimpiadasının final mərhələsinin qalibləri elan olunub

17 iyun, 18:01

“Finala çıxacağıma inanmırdılar” – RFO qalibləri danışırlar

17 iyun, 17:50

ADNSU-da “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar keçirilib

17 iyun, 17:50

Təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir

17 iyun, 17:49

Təhsildə liderliyə gedən yol – REPORTAJ

17 iyun, 17:39

“Azercell Cup 2025” müsabiqəsinin qalibləri elan olundu

17 iyun, 17:38

Qubada "Nə? Harada? Nə zaman" oyunu üzrə açıq kubok keçirilib

17 iyun, 17:32

ADA ilə BOC arasında Anlaşma Memorandumu imzalanıb

17 iyun, 17:13

“BilBacar”da fərqlənən rayonlar və məktəblər açıqlandı – MÜSAHİBƏ

17 iyun, 17:05

Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

17 iyun, 17:00

Əldə olunan uğurlu nəticə əzm və məqsədyönlü çalışmanın nəticəsidir

17 iyun, 16:24

Metin Yener: Türkiyə universitetləri NDU ilə birgə proqramlar hazırlaya bilər 

17 iyun, 15:56

Nazir müavini: Təhsilin məqsədi şagirdləri savadlı, yaradıcı və kompetent cəmiyyət üzvü kimi yetişdirməkdir

17 iyun, 15:53

Nəzakət Mehdiyeva: Sertifikasiya imtahanına asan suallar salınması təsadüfi deyil

17 iyun, 15:50

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib

17 iyun, 15:40

Nazir müavini: Bölgələrdə yeni lisey və gimnaziyalar açılacaq

17 iyun, 15:05

Aşpaz və qənnadıçı peşələri üzrə Milli Abilimpiya Çempionatı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.