
İyunun 17-də Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”nin rəsmi açılış mərasimi baş tutub.
“Azərbaycan müəllimi” xəbər verir ki, açılış mərasiminə qatılan elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan təcrübəsinə həsr olunmuş müzakirədə iştirak edib.
“Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Batinin moderatorluğu ilə keçirilən müzakirədə Emin Əmrullayev Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsindən sonrakı dövrdə elm və təhsil sahəsinin inkişafı üçün yaranmış imkanlar barədə sualları cavablandırıb. Eyni zamanda, ali təhsil müəssisələrimizdə dayanıqlı inkişaf üzrə görülən işlər, iqlim üzrə tədqiqatların dəstəklənməsi, yaşıl bacarıqların inkişafı, müvafiq istiqamətdə qlobal tərəfdaşlıqların qurulması və beynəlxalq görünürlüyün artırılması kimi məsələlər qeyd olunub.
Qeyd edək ki, sözügedən konqresdə dünyanın 100-dən çox ölkəsindən 5000-dən artıq nümayəndə təmsil olunur.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər