Bütün xəbərlər
19 may, 10:11

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “TələbəPlus” layihəsi ilə bağlı növbəti infosessiya təşkil olunub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə Təhsilin İnkişafı Fondunun Layihələrin idarəolunması şöbəsinin aparıcı mütəxəssisi Almaz Axundzadə çıxış edərək “TələbəPlus” layihəsi və onun təqdim etdiyi imkanlar barədə tələbələrə ətraflı məlumat verib. O, layihənin əhatə dairəsi, istifadə imkanları və gözləntiləri barədə geniş təqdimatla çıxış edib.

Daha sonra “Baku Design Academy”in konsultantı Əlihüseyn Rəsulov akademiyanın tələbələr üçün təklif etdiyi imkanlar və gələcək əməkdaşlıq perspektivləri haqqında danışıb.

“Peerstack Academy”in əməliyyatlar üzrə rəhbəri Məryəm Abbaszadə isə tələbələr üçün təqaüd imkanları təqdim edən “Peerstack Academy” İT yönümlü təhsil mərkəzi haqqında təqdimatla çıxış edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların maliyyə əlçatanlığını artırmaq, gündəlik xərcləri səmərəli şəkildə idarə etmək və sosial həyatlarına dəstək göstərməkdir. 

1 /5

Şərhlər

Xəbər lenti

19 may, 14:04

Gənc beyinlərin böyük uğurları – Olimpiada medallarının arxasında dayanan hekayələr

19 may, 13:00

Mübarizin qızları: 4 bacının bir arzusu

19 may, 12:57

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19 may, 12:56

AzMİU-da tələbələrin rəqəmsal bacarıqlarının artırılması məqsədilə təlim keçirilib

19 may, 12:55

Qazax məktəbliləri bullinqə qarşı fləş-mob keçiriblər

19 may, 12:49

“Süni intellektin təhsildə tətbiqi” mövzusunda vebinar keçirilib

19 may, 12:45

Sabahın hava proqnozu açıqlanıb

19 may, 12:44

Gənclərin tərbiyəsinə dair (valideynlərlə söhbət üçün) – Qəzetin arxivindən

19 may, 12:20

İdmançılarımız Avropa çempionatında böyük uğur qazandılar

19 may, 12:03

“İngilis dilini öyrənmək mənə zövq verir” – Olimpiadada 4 medal qazanan məktəbli

19 may, 11:55

Agentlikdən monitorinqlərlə bağlı AÇIQLAMA

19 may, 11:48

Məktəblilər arasında voleybol üzrə respublika birinciliyi keçirilib

19 may, 11:47

Bağçalara elektron qəbul müvəqqəti dayandırılır

19 may, 11:46

DİM imtahan iştirakçılarına çağırış edib

19 may, 11:45

“Yaşadığım ölkədə həkimlərə çox ehtiyac var” – Ruandalı tələbə ilə MÜSAHİBƏ

19 may, 11:32

Direktorlar “Son zəng” tədbirlərinin təşkilindən danışdılar

19 may, 11:05

Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib

19 may, 10:59

Baş Prokurorluğun idarə rəisi Qarabağ Universitetinin tələbələri ilə görüşüb

19 may, 10:25

Mədəniyyətə və sənətə yüksək ehtiram nümunəsi

19 may, 10:24

“Uşaqlığımdan ev düzəltmək, sement qarışdırmaq hər zaman əyləncəli olub” – Reportaj

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.