
“Azərbaycanda yeni peşə təhsili müəssisələrinin tikilməsi nəzərdə tutulur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
“Orada əsasən dövlət sifarişli yerlər olacaq. Peşə təhsilinə qəbul sayını 2 dəfə artırmalıyıq. Növbəti tədris ilindən peşə təhsili müəssisələrində təhsil alan tələbələrinin sayının 50 minə çatacağını görə bilərik. Çalışacağıq ki, müəyyən edilmiş hədəfləri reallaşdıraq”, - deyə bildirib.
O əlavə edib ki, peşə təhsili alacaq tələbələrin sayı bundan sonra da artacaq. Yeni peşə sahələri nəzərdən keçirilir və qəbul yerləri əsasən dövlət sifarişi üzrə olacaq:
“Təbii ki, peşə təhsili sistemində əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması vacibdir. Dünyanın bütün ölkələrində bu, belədir. Peşə təhsili sistemində özəl sektorun iştirakı da çox önəmlidir. Çünki sistemin hazırladığı kadrlar əsasən əmək bazarına yönəldilir.
Burada tələbələr təhsilini bitirdikdən sonra 6 ay ərzində əmək bazarında uyğun işlərlə təmin olunurlar. Bu, gənclər üçün cəlbedici bir təhsil modelidir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər