Bütün xəbərlər
14 oktyabr, 12:37

Oktyabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində İzmir şəhərində yerləşən Ege Universitetinin (EGE) rektoru, professor Necdet Budak ilə görüşüb.

MDU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüş zamanı tərəflər universitetlərarası əlaqələrin konkret istiqamətləri, ortaq tədqiqat layihələrinin icrası, birgə konfrans və seminarların təşkili, eləcə də tələbə və akademik heyətin mübadiləsi məsələlərini müzakirə ediblər. Hər iki tərəf gələcəkdə təhsil proqramlarının uyğunlaşdırılması, ikili diplom modellərinin tətbiqi və innovativ təlim platformalarının yaradılması kimi təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını ifadə ediblər.

Prof. N. Budak MDU-nun nümayəndə heyətini Ege Universitetində görməkdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında təhsil və elm sahəsində münasibətlərin inkişafı iki ölkənin strateji əməkdaşlığının mühüm tərkib hissəsidir. Rektor bildirib ki, Ege Universiteti qardaş Azərbaycanla akademik və elmi əlaqələrin genişləndirilməsində maraqlıdır və bu istiqamətdə həyata keçiriləcək birgə proqramlar, elmi layihələr və mübadilə imkanları hər iki tərəfin təhsil sisteminə töhfə verəcək.

MDU-nun rektoru Anar Eminov vurğulayıb ki, MDU beynəlxalq əməkdaşlıq strategiyasında Türkiyə ali təhsil müəssisələri ilə tərəfdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, bu əməkdaşlıq yalnız elmi mübadilə ilə məhdudlaşmır, həm də mədəni inteqrasiya, innovativ idarəetmə təcrübələrinin paylaşılması, birgə layihələrin həyata keçirilməsi və müəllim-tələbə mübadiləsi sahəsində yeni imkanlar yaradır.

Görüşün sonunda MDU ilə EGE arasında ikitərəfli əməkdaşlıq protokolu imzalanıb.

Protokola əsasən, tərəflər akademik və mədəni əlaqələrin inkişafı, müəllim, elmi işçi və tələbə mübadiləsinin təşkili, birgə tədqiqatların aparılması və nəticələrinin nəşri, ortaq elmi tədbirlərin keçirilməsi, eləcə də tədris resurslarının, ədəbiyyatların və məlumat bazalarının paylaşılması istiqamətində əməkdaşlıq edəcək. Həmçinin tərəflər gələcəkdə ortaq magistratura proqramlarının təşkili, mübadilə iştirakçılarına dəstək mexanizmlərinin yaradılması və tələbələrin beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi barədə razılığa gəliblər.

Protokolun imzalanması mərasimindən sonra MDU-nun nümayəndə heyəti EGE-nin tələbə şəhərciyinə baş çəkib, burada yerləşən tədris binaları, elmi-tədqiqat laboratoriyaları və infrastrukturu ilə tanış olub. EGE-nin müasir təhsil mühiti, innovativ tədris yanaşmaları və tələbə yönümlü infrastruktur imkanları yüksək qiymətləndirilib.

 

1 /6

Şərhlər

Xəbər lenti

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

Nazir müavini: 62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə dair strateji plan yenilənib 

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.