
“Müntəzəm şəkildə dəyişən, hər dəfə yeni məzmun və forma ilə qarşımıza çıxan əmək bazarında rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqların daim yenilənməsi vacibdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirin “Azərbaycanın dayanıqlı inkişafı üçün təhsilə investisiya” adlı panel müzakirəsində deyib.
O bildirib ki, bu təlimlər sayəsində insanlar yalnız iş tapmaq imkanlarını artırmır, həm də gələcəkdə vergi ödəyicisi kimi iqtisadi dövriyyəyə qayıdırlar.
Beləliklə, bu mexanizm həm sosial, həm də fiskal gəlir yaradır:
"Bu məqsədə nail olmaq üçün Dövlət Məşğulluq Agentliyi özəl və dövlət təhsil və təlim müəssisələri ilə birlikdə maksimum müddəti 6 ay olan proqramlar çərçivəsində peşə hazırlığı kursları təşkil edir. Hazırda bu kurslarda 175 peşə üzrə təlim həyata keçirilir".
O əlavə edib ki, bu proqramlar həm aşpaz, bərbər, baytar, təmirçi-çilingər, xarrat-dülgər və ya bənna kimi ənənəvi sahələri, həm də data analitik, mobil developer, yaşıl enerji, proqramlaşdırma dilləri və kibertəhlükəsizlik kimi müasir istiqamətləri əhatə edir.
“Bu məqamda xüsusilə qeyd etmək istəyirəm ki, biz bu siyahını mütəmadi olaraq yeniləyirik və aktual olan yeni peşələri bura əlavə etməyə davam edirik", - deyə Sadiq Əliyev əlavə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər