
“2021-ci ildə təhsil alanların yarısı dövlət hesabına, yarısı isə ödənişli təhsil alıb. Ödənişli təhsil alan tələbələr arasında müxtəlif imkanların yaradılması önəmli məsələdir. Bu məqsədlə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fond vasitəsilə ödənişli təhsil alan tələbələr kreditlər əldə edərək öz təhsil haqlarını ödəyə bilirlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu çərçivəsində təşkil edilən panel müzakirə zamanı deyib.
O bildirib ki, bu kreditlərdən istifadə edən tələbələrin 54%-i qadındır:
“Bu göstərir ki, övladlarımıza, xüsusilə də qızlarımıza təhsil sahəsində imkanlar yaratmaq istiqamətində mühüm addımlar atılıb”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər