Bütün xəbərlər
3 may, 12:40

Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-ın Miçiqan Dövlət Universitetinin texnologiya və insan öyrənməsi üzrə professoru Duqlas K. Hartman və Türkiyənin Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı professor Dilek Altun ilə görüş keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə ADPU-nun prorektorları - Eldar Aslanov, Asəf Zamanov, Könül Pirverdiyeva, ADPU-CVU ikili diplom proqramının ADPU üzrə proqram direktoru Tofiq Əhmədov, eləcə də Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Gülnar Ələkbərova və Nərgiz Səfərova iştirak ediblər.

Görüşün əsas məqsədi süni intellektin təhsil sahəsində tətbiqi, müasir pedaqoji yanaşmalar və beynəlxalq təcrübə mübadiləsi ilə bağlı elmi-praktik müzakirələrin təşkili, eyni zamanda, ADPU-nun beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Səfər çərçivəsində professor Dilek Altun və professor Duqlas K. Hartman ADPU-nun müəllim və işçi heyətinə “Məktəbəqədər yaşda süni intellekt savadlılığı”, “Gənc şüurlara süni intellektin təqdim edilməsi: erkən uşaqlıq təhsilində süni intellektin əsasları” və “Tədris və öyrənməni gücləndirən süni intellekt ilə təkmilləşdirilmiş peşəkar inkişafın dizaynı” mövzularında təlim keçiblər.

1 /6

Şərhlər

Xəbər lenti

3 may, 21:42

Azərbaycan komandası TEKNOFEST-də birinci yer tutub

3 may, 21:32

"Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

3 may, 10:00

NDU-da “Tibb ixtisası” üzrə açılan SABAH qrupları gələcəyə nə vəd edir?

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.