Bütün xəbərlər
3 may, 10:00

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq “Tibb” ixtisası üzrə SABAH qrupları yaradılıb. Bu çərçivədə aparılan müsabiqə nəticəsində 21 nəfər tələbə qəbul olunub və ölkə universitetləri arasında da ilk dəfə Naxçıvan Dövlət Universitetində “Tibb” ixtisası üzrə SABAH qrupları yaradılıb.

SABAH qruplarının yaradılması universitetin təhsil keyfiyyətini daha da yüksəltmək istiqamətində atılmış mühüm addımlardan biri olmaqla yanaşı, tibb sahəsində peşəkar kadrların hazırlanmasına geniş imkanlar yaradır. SABAH qrupların əsas məqsədləri arasında tələbələrə müasir və rəqabətqabiliyyətli bilik və bacarıqların aşılanması, innovativ tədris metodlarının tətbiqi və beynəlxalq standartlara uyğunlaşdırılmış təhsil mühitinin formalaşdırılması yer alır. SABAH qruplarında təhsil alan tələbələr nəzəri biliklərlə yanaşı, praktiki bacarıqları da mənimsəyərək gələcəkdə səhiyyə sisteminə töhfə verəcək yüksəkixtisaslı mütəxəssislər kimi formalaşırlar.

Qeyd olunan Dövlət Proqramının icrası çərçivəsində ölkəmizdə ilk dəfə məhz Naxçıvan Dövlət Universitetində “Tibb” ixtisası üzrə SABAH qruplarının təqdimatı həyata keçirilib. Bu təqdimat Naxçıvan Muxtar Respublikasının 100 illiyi, Tibb fakültəsinin 25 illiyi və SABAH qruplarının 10 illiyi kimi əlamətdar tarixlərlə üst-üstə düşüb.

SABAH qruplarında həm müəllim, həm də tələbə seçimi tam şəffaf və obyektiv şəkildə aparılıb, bütün müsahibələr videoyazı şəklində qeydə alınıb. 2024-2025-ci tədris ilinin payız semestri üçün 7 fənn üzrə 13 müəllim müraciət edib, onlardan 7-i, yaz semestri üçün 7 fənn üzrə müraciət edən 11 müəllimdən isə 7-i SABAH qruplarında dərs demək hüququ qazanıb və müvafiq müqavilələr imzalanıb. Əməkhaqqı saathesabı ödənilməklə təmin edilib, əlavə olaraq ingilis dili üzrə fakültativ məşğələlər təşkil edilib və bu məşğələlər universitet tərəfindən maliyyələşdirilib. SABAH qruplarına qəbul üçün “Tibb” ixtisası üzrə 30 nəfər qeydiyyatdan keçib. 26 nəfər müsabiqənin I mərhələsində iştirak edib,  26 nəfər  məqbul qiymətlər alıb. II mərhələdə isə 25 nəfər iştirak edib və onlardan 21 nəfər məqbul qiymət alaraq SABAH qruplarında təhsil almaq hüququ qazanıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH layihəsi (qrupları) tələbələrinə məqsədli SABAH təqaüdlərinin təyin edilməsi və ödənilməsi qaydasına  uyğun olaraq, bu qruplarda təhsil alan tələbələrə əvvəlki semestrin nəticələrinə (2023-2024 tədris ilinin yay imtahanı üzrə ümumi orta müvəffəqiyyət göstəriciləri) əsasən təyin olunan təqaüdlərindən əlavə məqsədli 50 AZN həcmində təqaüd verilib, layihədə 2024-2025-ci tədris ilinin qış imtahan nəticələrinə əsasən 9 nəfər tələbəyə məqsədli SABAH təqaüdü təyin olunub.

SABAH qruplarında tədrisin vəziyyəti tanış olmaq və tədrisi tələblərə uyğun qurmaq üçün tələbələrlə və müəllimlərlə rektorun bir neçə dəfə görüşü keçirilib və təkliflər dinlənilib. SABAH qruplarında tədrisin yüksək səviyyədə təşkili məqsədilə Dövlət Proqramından ayrılan maliyyə vəsaiti hesabına tələbə və professor-müəllim heyətinin təklifləri əsasında ötən dövr ərzində müxtəlif baza tibb fənlərinin tədrisində istifadə olunacaq 4 dildə (Azərbyacan, türk, ingilis, rus) ən son nəşrlər olan 173 adda kitab, tədrisdə informasiya kommunikasiya texnologiyalarından istifadənin keyfiyyətini daha da artırmaq üçün isə 5 proyektor və 15 yüksək göstəricili notbuk alınaraq tələbələrin istifadəsinə verilmişdir. 

Naxçıvan Dövlət Universitetində, xüsusilə Tibb fakültəsində xarici mütəxəssislərin tədrisə cəlb olunması artıq ənənə halını alıb. Ötən tədris ilində xaricdən universitetə cəlb olunan professor müəllim heyətinin sayı 20 nəfərədək olub, onların əksəriyyəti tibb sahəsi üzrə peşəkar həkimlərdir. Hazırda Farmakologiya fənni üzrə Kayseri Erciyes Universitetinin professoru Mükerrem Betül Aydan və dosenti Gökhan Ünal SABAH qruplarında tədrislə məşğul olur. 

Dövlət Proqramı əsasında istifadəyə verilməsi nəzərdə tutulan yüksək standartlara cavab verəcək Tibb kompleksi SABAH qruplarının tələblərinə uyğun olaraq peşəkar tibb kadrlarının hazırlanmasına öz töhfəsini verəcək. Eyni zamanda, tələbələrin digər ölkələrin universitet və klinikalarında yay istehsalat təcrübələrinin təşkili də SABAH qruplarında həyata keçiriləcək.

Həmçinin Tibb fakültəsinin maddi-texniki bazasının yüksək səviyyədə olması, fakültənin peşəkar professor-müəllim heyəti, universitet xəstəxanasının mövcudluğu, muxtar respublikanın bütün xəstəxanalarından tədris bazası kimi istifadə imkanları tez zamanda “Tibb” ixtisasının SABAH qrupu ixtisasları içərisində ilk sıralarda qərarlaşmağına şərait yaradacaq. Gələcəkdə SABAH qruplarında təhsil alan tələbələrin yeni, mütərəqqi tədris metodlarının tətbiqi və onların tədqiqat üsullarının genişləndirilməsi sayəsində bu qruplarda həm tədqiqatçı, həm araşdırmaçı, həm də yüksəkixtisaslı tibbi kadrların yetişdirilməsinə nail olunacaq. Yeri gəlmişkən, qeyd edim ki, ölkəmizi ilk dəfə olaraq Avropa Tibb Tələbələri Assosiasiyasında (EMSA) təmsil edən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi assosiasiyaya üzv statusunu qazanıb, EMSA-da təmsil olunan tələbələrin təşəbbüsləri nəticəsində bir çox xarici universitetin tibb fakültəsi ilə əməkdaşlıqla bağlı ilkin razılaşmalar əldə edilib. 22-29 mart 2025-ci il tarixlərində mübadilə proqramı əsasında EMSA üzvü olan SABAH qrupları üzrə təhsil alan 3 nəfər tələbə İlkin Hacıyev, İnci Aşurova və Aişə Məhərrəmova Ruminyanın paytaxtı Buxarest şəhərində "Carol Davila" Tibb və Əczaçılıq Universitetində olublar. Tələbələr UMFCD Universitetində Praktiki anatomiya dərsində, Tədris Xəstəxanasında isə ortopedik əməliyyatlarda iştirak ediblər. Bu kimi mübadilə proqramları gələcəkdə SABAH qrupu üzrə təhsil alan “Tibb” ixtisası tələbələrinin təhsil həyatında mühüm rol oynayacağına inanırıq. 

Bu təşəbbüs Naxçıvan Dövlət Universitetinin tibbi təhsil sahəsindəki potensialını gücləndirməklə yanaşı, regionda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına və gələcək peşəkar həkim mütəxəssislərinin hazırlanmasına töhfə verəcək. Nəticədə isə inanırıq ki, “Tibb” ixtisası üzrə NDU SABAH qrupu ölkə SABAH qrupları içərisində ilk sırada qərarlaşacaq. 

Zülfiyyə SEYİDZADƏ,
Tibb fakültəsinin dekan müavini,
Əczaçılıq və biokimya kafedrasının müəllimi

Şərhlər

Xəbər lenti

3 may, 21:42

Azərbaycan komandası TEKNOFEST-də birinci yer tutub

3 may, 21:32

"Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

3 may, 12:40

ADPU-da süni intellekt mövzusunda beynəlxalq görüş keçirilib

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.