
Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunan ali təhsil müəssisələrinin sərgisi başa çatıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 30-dan çox dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Tələbə Təhsil Krediti Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının nümayəndələri iştirak ediblər.
Sərgini 3 gün müddətində iki minə yaxın abituriyent və onların valideynləri ziyarət edib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sərgidə olub və ali təhsil müəssisələri, digər qurumların nümayəndələrinə və təşkilatçılara təşəkkürünü bildirib. Sədr həmçinin sərginin keçirilməsinə öz töhfəsini verən könüllülərə müvafiq sertifikatlar təqdim edib.
Xatırladaq ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək idi.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər