Bütün xəbərlər
4 avqust, 10:10

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da sənaye 4.0 və rəqəmsal texnologiyalar sahəsində ana dilində biliklərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə “Coursera” platformasında daha əvvəl təqdim edilən 10 ən çox tələb olunan kursla yanaşı, daha 5 kurs dilimizə dublyaj olunaraq istifadəçilərin ixtiyarına verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, hazırda 15 ən çox tələb olunan kurs tam şəkildə ana dilimizdə təqdim olunur.

Eyni zamanda, süni intellektin dəstəyi ilə 2500-dən çox kursun Azərbaycan dilinə tərcüməsi təkmilləşdirilib, altyazılar redaktə olunub və daha təkmil şəkildə platformada yerləşdirilib.

Dublyaj olunan kurslar “DeepLearning.AI”, IBM, “Microsoft”, Stanford Universiteti və INSEAD kimi nüfuzlu texnologiya şirkətləri və təhsil müəssisələrinə məxsusdur. Kurslar süni intellekt, maşın öyrənməsi, data analitikası, layihə və məhsul idarəetməsi, proqram mühəndisliyi, blokçeyn texnologiyaları və digər müasir sahələri əhatə edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün sənaye 4.0 sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Azərbaycan vətəndaşları yaşından və yaşayış yerindən asılı olmayaraq qeydiyyatdan keçərək bu imkandan yararlana bilərlər.

“Milli Proqram” çərçivəsində “Coursera” platformasında dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətinin 12000-dən çox sahəvi kurs və təlimi istifadəçilər üçün əlçatandır.

Qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər.

SOCAR,  “Pasha Holding”,  bp, JOCAP  və “Azerconnect Group” şirkətləri “Milli Proqram”ın əsas tərəfdaşlarıdır.

Azərbaycan dilində dublyaj və altyazı ilə təqdim olunan kursların siyahısı: https://bit.ly/4ogG5Mw

Şərhlər

Xəbər lenti

4 avqust, 14:45

Samir Babayev: Avqustun sonunda tam heyətlə Qarabağa köçəcəyik

4 avqust, 14:41

ADNSU-nun 5 tələbəsi TİKA ilə əməkdaşlıq çərçivəsində Türkiyədə təlimlərdə iştirak edir

4 avqust, 14:31

İnklüziv təhsil meridianı 

4 avqust, 14:12

ADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub

4 avqust, 13:56

Kosmik hava durumu və proqnozu açıqlanıb

4 avqust, 13:11

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

4 avqust, 13:00

Ən çox müraciət olunan istirahət və müalicə mərkəzləri

4 avqust, 12:53

DP-yə qəbulla bağlı növbəti siyahı bu ilin sonunadək açıqlanacaq

4 avqust, 12:49

“Jurnalistika”ya qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

4 avqust, 12:40

Yeni təyin olunan kollec direktorları kollektivə təqdim ediliblər

4 avqust, 12:36

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib

4 avqust, 12:23

Turan Topalova: Ehtiyat siyahıdakı namizədlər də proqramdan yararlana bilərlər

4 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

4 avqust, 12:05

Şagirdlərimizin beynəlxalq olimpiadalardakı möhtəşəm uğurları – STATİSTİKA

4 avqust, 11:15

Dövlət qayğısının təzahürü olan sənədlər

4 avqust, 10:54

BSU-nun Təhsil fakültəsi müasir mütəxəssislər hazırlayır

4 avqust, 10:21

Dövlət Proqramı çərçivəsində magistraturaya qəbulun nəticələri açıqlanıb

4 avqust, 09:43

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

4 avqust, 09:30

Erməni vandalizminin tarixi şahidləri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.