.jpeg)
“Ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlar qazanmasına imkan yaradan "Peşə təmayüllü siniflər"in əhatə dairəsi növbəti tədris ilində daha da genişləndiriləcək.
Bu barədə “Azərbaycan müəllimi”nə “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov məlumat verib.
O qeyd edib ki, əlavə olaraq 89 ümumi təhsil müəssisəsində 16 ixtisas üzrə yeni siniflərin açılması nəzərdə tutulur. Bununla da 338 məktəbdə 10 000-dən çox şagird bu layihə ilə əhatə olunacaq.
Qeyd edək ki, "Peşə təmayüllü siniflər" layihəsi 2019-2020-ci tədris ilindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər