Bütün xəbərlər
1 may, 12:40

Dövlət İmtahan Mərkəzi (DIM) tərəfindən 2025-ci il mayın 4-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 118 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

  • dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

  • dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

  • oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 27337 (Bakıda 18917, Sumqayıtda 1087, Abşeronda 1088, Naxçıvanda 82, Gəncədə 1782, Şəmkirdə 87, Tovuzda 184, Mingəçevirdə 217, Yevlaxda 85, Şəkidə 147, Zaqatalada 336, Balakəndə 227, Qəbələdə 197, Qaxda 185, Bərdədə 223, Göyçayda 253, Şirvanda 357, Lənkəranda 350, Qubada 283, Qusarda 626, Xaçmazda 624) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 315 imtahan rəhbəri, 2534 nəzarətçi ayrılıb, 363 buraxılış rejimi əməkdaşı (mühafizə), 118 bina nümayəndəsi ayrılıb.

İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Şərhlər

Xəbər lenti

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 12:00

RFO-nun biologiya fənni üzrə praktiki turuna mediatur təşkil olunub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.