Bütün xəbərlər
1 may, 12:04

Lənkəran-Astara Regional Təhsil, Lənkəran-Astara Regional Gənclər və İdman, Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə “Peşə sərgisi” təşkil olunub. Lənkəranın ev sahibliyi etdiyi tədbirin məqsədi yeniyetmə və gənclərin peşə təhsilinə marağını artırmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Heydər Əliyev Xatirə Parkında gerçəkləşən tədbirdə Lənkəran, Astara, Masallı, Lerik və Cəlilabad rayonlarının ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan 14-17 yaşlı şagirdlərin əl işləri nümayiş edilib.

Dülgərlik, dərzilik, mebel quraşdırma, aşpazlıq, kompüter operatorluğu, qənnadıçılıq və digər sahələr üzrə təhsil alan şagirdlər il ərzində emalatxanalarda hazırladıqları işləri sərgidə təqdim ediblər. Onların əməyi yalnız peşə bacarıqlarını deyil, həm də yaradıcı potensiallarını əks etdirib. 

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən klub və sənətkarlıq evləri də sərgiyə qədim xalq yaradıcılığı nümunələri və əl işləri ilə  qatılmışdılar. 
Sərgi yalnız texniki və peşə bacarıqları ilə deyil, həm də mədəni zənginliklə müşayiət olundu. Lənkəran Mədəniyyət Mərkəzinin solistləri, Dövlət Dram Teatrının gənc aktyorları, eləcə də məktəb və bağça kollektivlərinin təqdim etdiyi bədii kompozisiyalar tədbirə rəng qatdı.

Tədbirin sonunda peşə təmayüllü siniflərin təşkili və sərgidə nümayiş olunan əl işlərinin hazırlanmasında fəallıq göstərən müəllimlər, qrup rəhbərləri və şagirdlər Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri ilə təltif olundular.

1 /10

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.