
Naxçıvan Muxtar Respublikasında şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor və məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifələrinə işə qəbul üzrə müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər yeni vəzifələrə təyin olunublar.
Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Seymur Qurban oğlu Xudanov Naxçıvan şəhər 5, Fərqanə Qərib qızı Əliyeva Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbinə, Musa Sahib oğlu Ağayev isə Babək Rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunublar.
Həmçinin, Güllü Səyahət qızı Qələndərova Naxçıvan Şəhər 4, Ləman Ramazan qızı Əsgərli Naxçıvan şəhər 5, Esmira Fuad qızı Məmmədova isə Naxçıvan şəhər 15 nömrəli körpələr evi-uşaq bağçasına müdir vəzifəsinə təyin olunublar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər