Bütün xəbərlər
17 iyun, 15:02

“Azərbaycan və Türkiyə peşə təhsili sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Əməkdaşlıq təkcə peşə təhsili ilə məhdudlaşmır, müəllim hazırlığı, pedaqoji ünsiyyət və “qardaş məktəb” layihələri çərçivəsində də çoxalmaqdadır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Türkiyənin Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuz “Azərbaycan və Türkiyənin peşə təhsili sistemlərinin qarşılıqlı təcrübə mübadiləsi” mövzusunda keçirilən görüşdə çıxışı zamanı deyib. 

O bildirib ki, ölkə başçıları səviyyəsində formalaşmış dostluq və güclü əməkdaşlıq mühiti nəticəsində milli və peşə təhsili sahəsində də işlər ən yüksək səviyyədə həyata keçirilir: “Nazir Yusuf Təkin Azərbaycana xüsusi önəm yetirir və əlaqələrin inkişaf etdirilməsi ilə bağlı bizə konkret göstərişlər verir”.

Salih Kaygusuz qeyd edib ki, hazırda Türkiyədə peşə və texniki Anadolu liseylərində 1 milyon 101 min şagird təhsil alır: “Bundan əlavə, 400 minə yaxın şagird peşə təhsili mərkəzlərində, yəni həftənin bir neçə gününü məktəbdə, digər günlərini isə sahə müəssisələrində keçirən modeldə təhsil alır. Ümumilikdə, Türkiyədə peşə və texniki təhsil alanların sayı 1,5 milyona yaxındır. Bəzi sahələrdə gənclərin erkən yaşdan peşəyə yiyələnməsi strateji əhəmiyyət daşıyır. Bu təcrübənin Azərbaycanda da tətbiq olunması üçün işlərə başlanılıb”.

“Hazırda Azərbaycanda Türkiyə modeli ilə iki pilot peşə liseyi layihəsi üzərində çalışırıq. Məktəbləri Türkiyədən gələn müəllim və idarəçilərlə birlikdə idarə edəcəyik. Ümid edirik ki, yaxın vaxtlarda Protokol əsasında fəaliyyət göstərəcək ilk birgə peşə təhsili müəssisəsi açacağıq”, – deyə o əlavə edib.

Salih Kaygusuz görüş çərçivəsində Bakıdakı peşə liseylərində olduğunu da bildirib və oradakı infrastrukturun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Şərhlər

Xəbər lenti

8 iyul, 15:58

“Sualları rahatlıqla cavablandırdım” MİQ imtahanında maksimum bal toplayan müəllim

8 iyul, 15:55

ARTİ-nin şöbə müdiri: “MİQ-in elektron keçirilməsi insan amilini minimuma endirir”

8 iyul, 14:58

“Müasir metodist” layihəsinin növbəti mərhələsi üzrə təlimlər yekunlaşıb

8 iyul, 14:58

Qabiliyyət imtahanları davam edir

8 iyul, 14:37

İngilis dili müəllimlərinin MİQ sınağı: “Bir az da çalışıb pik həddə çatacağam”

8 iyul, 14:08

Həmkarlar İttifaqının yollayışını necə almaq olar? – AÇIQLAMA

8 iyul, 13:52

Peşə mərkəzində “Azərsilah"ın əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

8 iyul, 13:47

Cazla böyüyən yeniyetmə: Musiqi təhsil yolumu daha da zənginləşdirir

8 iyul, 13:33

NDU-da üç yeni informasiya sistemi yaradılıb

8 iyul, 13:31

9 və 11-ci sinfi fərqlənmə attestası ilə bitirənlərin sayı açıqlanıb

8 iyul, 13:04

O bir ildırım idi, tariximizin üfüqündə çaxdı, parladı, keçdi – “Qara qızıl”ın mahir zərgəri

8 iyul, 12:49

Bu gündən məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

8 iyul, 12:46

Azad edilmiş ərazilərə qayıdan 608 nəfər peşə təlimlərinə cəlb edilib

8 iyul, 12:43

Sabahın hava proqnozu açıqlanıb

8 iyul, 12:04

MİQ-də metodika üzrə sualların çətinliyi ilə bağlı iddialara RƏSMİ MÜNASİBƏT 

8 iyul, 10:57

Vəfa Yaqublu: 70 minə yaxın müraciətin olması müəllimlik peşəsinə marağın artmasından xəbər verir

8 iyul, 10:55

Kiçik sahibkarların böyük ideyaları: Mingəçevirdə fərqli yay tətili

8 iyul, 10:05

Magistraturaya qəbul imtahanında 32 nəfər 90 baldan yuxarı toplayıb

8 iyul, 10:04

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb

8 iyul, 09:53

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.