
Mayın 5-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş “9 May – Qələbə Günü: 80 il” adlı kitab sərgisi açılıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, sərgidə faşizm üzərində tarixi qələbədən, bu qələbənin qazanılmasında qəhrəmancasına iştirak edən Azərbaycan oğullarının şücaətindən, onların döyüş meydanında və arxa cəbhədə göstərdikləri fədakarlıq və xalqın həmrəyliyindən bəhs edən kitablar və dövri mətbuat nümunələri nümayiş olunur.
Ümumilikdə sərgidə Azərbaycan və digər dillərdə 50-dən çox nəşr təqdim edilir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər