Bütün xəbərlər
6 may, 13:50

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə universitetin rəhbər heyəti, NDU nəzdində kolleclərin rəhbərləri, Musiqi Kollecinin ilk məzunları və hazırda təhsil alan tələbələri iştirak ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Azərbaycanın milli musiqi ruhunu əks etdirən “Kompozisiya”, “Qala” rəqsi, Jenkinsin “Palladio”, Aşıq havası “Səməndəri”, “Bayatı-şiraz” rəngləri kimi ifalarla başlanıb və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Ardınca Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxışıyev, Anar Əlizadə və Emin Əliyevin birgə təşkil etdiyi rəsm sərgisinə və kompozisiyaya baxış olub.

Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva kollecin yarım əsrlik fəaliyyət dövründəki tarixi yolundan, bu gün əldə edilən uğurlarından, kollecdə fəaliyyət göstərən musiqi kollektivlərinin fəaliyyətindən danışıb.

Tədbirdə kollecin müəllim və tələbələrinin ifasında yubileyə həsr olunan “Naxçıvan” kantatası, Paul Mauriatın “El Bimbo”, Nizami Məmmədovun “Naxçıvanım”, Elza İbrahimovanın “Ötən günlərim”, Mehriban Əhmədovanın “Araz üstü şəhərim”, Emin Sabitoğlunun “Bağçamızdan keçmisən”, “Özümdən küsürəm”, “Dayan zaman” əsərləri dinlənilib. Eyni zamanda Oqtay Kazımının “Yaşayır insan”, Vasif Adıgözəlovun “Sahil boyu gəzirəm”, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, eləcə də Xanım İsmayılqızının “Dahi” əsərləri səsləndirilib.

Sonda Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək Musiqi Kollecinin ötən 50 il ərzində bölgənin musiqi sahəsində inkişafına mühüm töhfələr verdiyini bildirib. O, kollecin həm ənənəvi musiqi irsinin qorunmasında, həm də gənc ifaçıların yetişdirilməsində əvəzsiz rol oynadığını vurğulayıb. Prorektor kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gənc musiqiçilərə daim yaradıcı axtarışda olmalarını tövsiyə edib.

1 /13

Şərhlər

Xəbər lenti

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:27

Elm və təhsil nazirinin müavini Naxçıvanda "Son zəng" tədbirində iştirak edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.