Bütün xəbərlər
6 may, 09:40

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi “Müasir metodist” layihəsi elan edir. 

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumat görə, mayın 6-dan Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən ölkənin ümumtəhsil müəssisələrində həyata keçirilməsi nəzərdə tutulan “Müasir metodist” layihəsinin Naxçıvanda da tətbiqinə başlanılır. 
Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün tələblər bunlardır: pedaqoji təhsil; ən azı 7 illik pedaqoji təcrübə; sertifikasiya balı 51 və 51-dən yuxarı; xarici dil üzrə bilik və bacarıqlar (arzuolunandır).

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.

Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb ediləcəklər.

“Müasir metodist” layihəsinə qeydiyyat üçün - https://l24.im/H79 linki vasitəsi ilə keçmək olar. Qeydiyyat üçün son müraciət tarixi 01 iyun 2025-ci ildir.

1 /1

Şərhlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.