Bütün xəbərlər
6 may, 12:33

Bakıdakı Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Seymur Xammədov artıq üçüncü dəfədir ki, Respublika fənn olimpiadasında iştirak edir. İlk iki iştirakında qızıl medal qazanan Seymur bu il biologiya üzrə keçirilən olimpiadada bürünc medalla mükafatlandırılıb.

Onun sözlərinə görə, builki olimpiadada ilk dəfə tətbiq olunan praktik tur barədə iştirakçılara əvvəlcədən izahlar verilib. Sualların cavablandırması da onun üçün rahat olub:

“Bizə bir saat vaxt verilmişdi. Bu, tapşırığın yerinə yetirilməsi üçün tam yetərli idi. Üstəlik, yaranan suallarımızı sərbəst şəkildə verə bilirdik”, – deyə Seymur qeyd edir.

Biologiya fənni üzrə keçirilən test mərhələsinin çətinliyi barədə danışan şagird əlavə edir ki, builki suallar beynəlxalq olimpiada səviyyəsində hazırlanmışdı:

“Bu isə bizi daha çox stimullaşdırır. Elə bu səbəbdən özümə qarşı tələbkarlığımı artırıram və üzərimdə daha çox işləməyə çalışıram”.

Seymur üçün bu tip bilik yarışları yalnız medal qazanmaq deyil, həm də şəxsi inkişaf və gələcək planlarını formalaşdırmaq baxımından böyük önəm daşıyır. Onun fikrincə, nəzəri tur üçün da etdirmək imkanı yaradıb:

“Bu kimi olimpiadalar mənim gələcəyim üçün çox önəmlidir. Bunu dərk edərək hər dəfə olimpiadalara böyük həvəslə qatılıram”.

Şərhlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.