Bütün xəbərlər
6 may, 14:01

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “ConstructionTech Incubation” layihəsi çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə təşkil olunan SSJ (Student Startup Journey) tələbə startap düşərgəsi başa çatıb.

Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-dan bildirilib. Startap düşərgəsinin bağlanış mərasimində çıxış edən universitetin İnnovativ biznes inkubator bölməsinin rəhbəri Rasim Abdullayev layihə barədə iştirakçılara ətraflı məlumat verib. O, layihə çərçivəsində həyata keçirilən SSJ tələbə startap düşərgəsindən danışıb. Bildirilib ki, 2 ay davam edən düşərgə müddətində 10 təlimçi tərəfindən 20 təlim sessiyası keçirilib, əlavə olaraq 3 ekspertin iştirakı ilə ustad dərsləri təşkil olunub. Təlimlərə ümumilikdə 199 tələbə qeydiyyatdan keçsə də, onlardan 101-i seçim mərhələsini uğurla tamamlayaraq iştirak hüququ qazanıb. Müxtəlif meyarlar əsasında aparılan qiymətləndirmələr nəticəsində 64 tələbə ilə təlimlər davam etdirilib. Sonda düşərgəni 31 tələbə uğurla, 8 tələbə isə yalnız iştirakçı kimi bitirib. R.Abdullayev layihənin növbəti mərhələsi barədə də məlumat verib.

Mərasimdə universitetin elm və innovasiya üzrə prorektoru professor Nigar Aslanova, İRİA-nın nümayəndəsi Nigar Abdullayeva layihənin gedişatı ilə bağlı təəssüratlarını bölüşüblər.

Daha sonra layihə iştirakçıları münsiflər heyəti qarşısında çıxış ediblər. Qiymətləndirmə meyarlarına əsasən, üç iştirakçı - AzMİU-nun ekologiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsi Əminə Əsədova, dizayn və texniki estetika ixtisaslaşması üzrə birinci kurs magistrantı Rza Əskərov və Layihələrin idarə edilməsi kafedrasının ikinci kurs magistrantı Selcan Quluzadə 1000 AZN məbləğində mükafatlandırılıb.

1 /6

Şərhlər

Xəbər lenti

6 may, 18:28

AzMİU məktəblilərlə növbəti maarifləndirici görüş keçirib

6 may, 18:16

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal turunun nəticələri açıqlanıb

6 may, 17:57

Müasir ailələrdə valideyn nüfuzu və onun uşaq şəxsiyyətinin formalaşmasına təsiri

6 may, 17:30

NDU-da “Ulu Öndərin xatirə həftəsi”nə start verilib

6 may, 17:04

ADPU rəhbərliyi Hacettepe və Çankaya universitetlərində olub

6 may, 16:55

Bir məktəb, bir ailə: Yarışlara anası ilə hazırlaşan Zeynəbin uğur yolu

6 may, 15:40

İdman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ!

6 may, 15:30

Şimal-qərb bölgəsinin 25 məktəblisi RFO-nun qalibi olub

6 may, 15:20

Dünyanın ən seçilən tələbələrindən biri - 6 yaşından ingilis dilində danışır

6 may, 15:10

Beynəlxalq kimya olimpiadasında iştirak edəcək komanda üzvləri seçilib

6 may, 15:03

Məktəblilərin idman festivalı keçirilib

6 may, 14:40

“Birincilərin birincisi”: Qızıl medal alanlar

6 may, 14:22

AzTU-nun iki komandası “Robotex Azərbaycan – Avrasiya Çempionatı”nda birinci olub

6 may, 14:15

Əl ilə görməyi öyrədən yanaşma

6 may, 13:50

Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi qeyd olunub

6 may, 13:46

Birinci sinif üçün rus bölməsi üzrə müsahibəyə qeydiyyatda limit yoxdur

6 may, 13:45

Əcnəbilər dövlət hesabına təhsil aldığımı biləndə çox təəccüblənirlər – DP təqaüdçüsü

6 may, 13:18

ADNSU-da tələbələrin təşəbbüsü ilə “Cyber Club” açılıb

6 may, 12:33

Üçqat olimpiada qalibi: “Özümə qarşı tələbkarlığımı artırıram”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.