
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnnovativ Biznes İnkubator Mərkəzi “Global Innovation Institute” (GINI) tərəfindən akkreditə olunmuş biznes inkubator statusu alaraq rəsmi beynəlxalq sertifikatla təltif edilib.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu nailiyyət AzMİU-nun innovasiya, sahibkarlıq və startup ekosisteminin inkişafına verdiyi davamlı dəstəyin və sistemli fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Sertifikat tələbələrin innovativ ideyalarının stimullaşdırılması startapların inkişafı üçün effektiv mühitin yaradılması, akademik biliklərin real bazar ehtiyacları ilə inteqrasiyası, beynəlxalq əməkdaşlıqlar üçün yeni imkanların açılması istiqamətləri üzrə mühüm irəliləyişlərin nəticəsidir
Sertifikasiya prosesi çərçivəsində həyata keçirilən audit və akkreditasiya mərhələlərində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və “Code Academy” komandası tərəfindən göstərilən texniki və metodoloji dəstək əhəmiyyətli rol oynayıb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər