Bütün xəbərlər
28 iyul, 09:36

Müasir dövrdə ali təhsilin beynəlmiləlləşməsi ölkələrin qlobal rəqabətliliyinin başlıca göstəricilərindən birinə çevrilib. Bu istiqamətdə Azərbaycanda da mühüm addımlar atılır. Ölkəmizdə ali təhsil sisteminin beynəlxalq nüfuzunun gücləndirilməsi üçün həyata keçirilən tədbirlər arasında ikili diplom proqramlarının genişləndirilməsi xüsusi önəm daşıyır. Bu proqramlar Azərbaycanın aparıcı universitetləri ilə dünyanın tanınmış ali təhsil müəssisələri arasında strateji tərəfdaşlıqların qurulmasına, birgə tədqiqatlara, tədris proqramlarının beynəlxalq akkreditasiyasına və müəllim-tələbə mobilliyinin artmasına xidmət edir.

Ölkəmizdə tətbiq olunan beynəlxalq ikili diplom proqramlarının əsas məqsədi müasir elmi nailiyyətlər və innovativ təlim metodlarından istifadə edərək yeni nəsil peşəkarlar yetişdirmək, Azərbaycan ali təhsilinin məzmun və keyfiyyətini yeniləmək və transmilli təhsil modelini ölkədə uğurla tətbiq etməkdir. Bu proqramların inkişaf etmiş təhsil sistemlərinə malik ölkələrin nüfuzlu universitetləri ilə genişləndirilməsi ölkəmizin istedadlı və yüksək potensiallı gənclərinin beynəlxalq təcrübə qazanmasına, ali təhsil müəssisələri arasında birgə elmi əməkdaşlığın artırılmasına zəmin yaradır.

İkili diplom proqramlarında iştirak edən tələbələr eyni vaxtda iki müxtəlif təhsil proqramını mənimsəyərək hər iki universitetin diplomuna sahib olur. Bu, onlara həm yerli, həm də beynəlxalq əmək bazarına daha sürətli inteqrasiya imkanı yaradır, peşəkar bacarıqlarını və rəqabət üstünlüklərini artırır. Bu baxımdan ikili diplom proqramları yalnız fərdi karyera uğurlarını təmin etməklə kifayətlənmir, eyni zamanda ölkənin elmi və intellektual potensialını gücləndirən strateji alət kimi çıxış edir.

Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində mühüm addımlardan biri də 2025-ci il iyulun 22-də cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam oldu. Bu mühüm sənəd ölkənin ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, qlobal əmək bazarına inteqrasiya edə bilən yüksəkixtisaslı kadrların hazırlanması və uzunmüddətli dayanıqlı, inklüziv təhsil modelinin formalaşdırılması məqsədi daşıyır.

Hazırda 2019-2023-cü illəri əhatə edən və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində 6 ikili diplom proqramı uğurla həyata keçirilir ki, bunlardan 2-si bakalavriat, 4-ü isə magistratura təhsil səviyyəsinə aiddir. ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı mövcuddur. Eyni zamanda CVU ilə ADA Universiteti arasında “Kompüter elmləri və verilənlərin təhlili” və “Elektrik və elektroenergetika mühəndisliyi” ixtisasları üzrə magistratura səviyyəsində ikili diplom proqramları həyata keçirilir. Cənubi Koreyanın INHA Universiteti ilə Bakı Mühəndislik Universiteti “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramlarını təklif edir. Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti “Aqronomluq”, “Aqromühəndislik”, “Bitki mühafizəsi” və “İqtisadiyyat” ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramlarına malikdir. İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) ilə Bakı Dövlət Universitetinin “Biotexnologiya” ixtisası üzrə magistratura səviyyəsində, həmçinin İngiltərənin Vorvik Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramları fəaliyyət göstərir.

Müvafiq sərəncama əsasən, bu proqramların sayının 8-ə çatdırılması və onların 2030-cu ilədək davamlı şəkildə icrası nəzərdə tutulur. Nəticədə, daha çox azərbaycanlı gənc dünyanın qabaqcıl ali təhsil müəssisələrindən beynəlxalq diplom əldə etmək imkanı qazanacaq. Bu isə həm fərdi karyera imkanlarını genişləndirəcək, həm də ölkənin elmi və intellektual potensialının yüksəldilməsini şərtləndirəcək.

Proqramların davamlı və stabil maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Bu isə ali təhsilə yönəlmiş strateji investisiya olmaqla, həm insan kapitalının inkişafına, həm də bilik iqtisadiyyatının formalaşmasına mühüm töhfə verəcək.

Sərəncama əsasən Nazirlər Kabineti dörd ay müddətində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını, proqramların maliyyələşdirilməsi mexanizmini və icrasına dair tədbirlər planını təsdiq edib dövlət başçısına məlumat verməli, həmçinin bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimini sərəncamda göstərilən qaydaya uyğun şəkildə həyata keçirməli, hər tədris ili üçün proqramların maliyyələşdirilməsi üçün tələb olunan vəsaiti Dövlət Neft Fondu ilə razılaşdırmaqla müəyyən etməli və sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bütün bu tədbirlərin nəticəsində Azərbaycan ali təhsil sistemi daha çevik, innovativ və dünya əmək bazarının çağırışlarına uyğun fəaliyyət göstərən müasir bir quruma çevriləcək. İkili diplom proqramları yalnız beynəlxalq səviyyədə tanınan mütəxəssislərin hazırlanmasına xidmət etmir, eyni zamanda universitetlər arasında əməkdaşlığın güclənməsinə, elmi-tədqiqat sahəsində ortaq layihələrin genişlənməsinə və ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir. Bu proseslər Azərbaycan təhsil sisteminin qlobal elmi və akademik məkana inteqrasiyasını daha da sürətləndirəcək.

Vaqif FƏTULLAYEV,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı

Şərhlər

Xəbər lenti

28 iyul, 17:07

Azərbaycanın məşqçi-müəllimi Dünya Kubokunda bürünc medal aldı

28 iyul, 16:58

100 baldan az toplayanların xarici universitetlərə qəbulu məhdudlaşdırılmalıdır – Ekspert

28 iyul, 16:15

Vəzifə öhdəliklərini yerinə yetirməyən məktəb direktoruna töhmət verilib

28 iyul, 15:43

“Uğur sadəcə nəticə deyil, seçimdir” – Məzunların baxışı

28 iyul, 15:28

Hansı peşə təhsili müəssisələrinin yataqxanası var? – SİYAHI

28 iyul, 15:15

Təhsil işçilərinə verilən yollayışların sayı 136% artıb

28 iyul, 14:28

Musiqi sənəti üzrə test imtahanı keçirilib

28 iyul, 14:24

Firudin Qurbanov türkmənistanlı həmkarı ilə görüşüb

28 iyul, 14:15

Peşə mərkəzi ilk dəfə sahibkarlıqdan pul qazandı 

28 iyul, 13:42

Universitetə qəbul olan subbakalavrlar üçün xüsusi proqram hazırlanmalıdır – Mütəxəssis

28 iyul, 12:21

Sabahın hava proqnozu açıqlanıb

28 iyul, 11:55

Azərbaycanda süni intellekt sahəsində yeni dövlət standartı qəbul edilib

28 iyul, 11:27

Bu günədək 55 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib

28 iyul, 11:14

AzMİU-nun biznes inkubatoru beynəlxalq sertifikatla təltif edilib

28 iyul, 10:22

Qadınlar üçün rəqəmsal dəstək – Süni intellektin yardımından istifadə ediləcək

28 iyul, 10:08

Qarabağ Universitetinin strateji hədəfləri

28 iyul, 09:50

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün ingilis dili təlimləri keçirilir

28 iyul, 09:12

Kosmik hava durumu və proqnozu açıqlanıb

27 iyul, 18:06

Avropa çempionu olan ASA-nın futzal komandası böyük coşqu ilə qarşılanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.