
Dünya Robot Olimpiadasının (WRO) Azərbaycan finalı 26-28 sentyabr tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, final mərhələsində ölkənin ən istedadlı gənclərindən ibarət yalnız 20 komanda iştirak edəcək. Həmin komandalar arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətini (TEC) təmsil edən “TeraFlux” komandası da yer alır.
Komandanın üzvləri Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri Nuray Abdullazadə və Cavad Əliyev, mentorları isə TEC-in sədri Günel İmamquliyevadır.
Qeyd edək ki, yeniyetmə və gənclərin elmi-texniki biliklərinin artırılması, innovativ ideyaların təşviqi və qlobal problemlərə robotik həll yollarının tapılması məqsədilə keçirilən Dünya Robot Olimpiadası (WRO) dünyanın ən nüfuzlu robototexnika yarışlarından biridir. İlk dəfə 2004-cü ildə Sinqapurda keçirilən olimpiada bu gün artıq 100-dən çox ölkəni bir araya gətirir.
Finalçılar siyahısı ilə buradan tanış ola bilərsiniz.
Azərbaycan finalının qalibləri isə noyabr ayında Sinqapurda baş tutacaq beynəlxalq finalda ölkəmizi layiqincə təmsil edəcəklər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər