
Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər