
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində (EATDA) Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə BMU-nun bir sıra prioritet istiqamətlər üzrə göstəricilərinin dinamikası, xüsusilə elmi-tədqiqat fəaliyyətinin nəticələri və beynəlmiləlləşmə səviyyəsi ətrafında müzakirələr aparılıb.
Agentliyin direktoru Ülkər Səttarova yuxarıda qeyd olunan prioritet istiqamətlərin ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin yaxşılaşdırılmasında xüsusi rolunu vurğulayıb. Rektor Yaqub Piriyev isə BMU-da müvafiq istiqamətlərdə həyata keçirilən layihələr və icrası planlaşdırılan fəaliyyətlər barədə məlumat verib.
Həmçinin görüş zamanı qabaqcıl elmmetrik alətlərdən istifadə, əcnəbi müəllim və tələbələrin sayının artırılması, beynəlxalq təhsil qrantları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan tələbələrin dəstəklənməsi, nüfuzlu beynəlxalq akademik tədbirlərdə iştirak ilə bağlı məsələlər müzakirə edilib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər