
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və əsaslı şəkildə yenidən qurulan Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində tədrisin yeni dərs ilindən iki növbəli şəkildə təşkili nəzərdə tutulur.
İdarədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, məktəb 1275 şagird yerlikdir, bir korpus və üç mərtəbədən ibarətdir. Binanın ümumi sahəsi 5700 kvadratmetrdən çoxdur. Təhsil müəssisəsi müasir standartlara uyğun infrastruktura malikdir.
Məktəbdə 41 sinif otağı, məktəbəhazırlıq qrupları üçün xüsusi sinif otaqları, 2 biologiya, 2 fizika və 2 kimya laboratoriyası, 2 informatika kabineti, 2 texnologiya otağı (qızlar və oğlanlar üçün ayrılmış), hər biri geniş və tam təchiz edilmiş 2 idman zalı, 3 otaqlı müasir kitabxana-oxu zalı və hər şəraiti olan akt zalı fəaliyyət göstərir.
Bundan əlavə, məktəbdə şagirdlərin rahat şəkildə istifadə edə biləcəyi yeməkxana da yaradılıb. Həyətyanı ərazi abadlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təmin olunub.
Yeni dərs ilindən etibarən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə tədrisin iki növbəli şəkildə təşkili nəzərdə tutulur.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər