Bütün xəbərlər
8 sentyabr, 18:45

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü və FİFA-nın dəstəyi ilə paytaxt məktəblərində futbol infrastrukturu gücləndirilir. Bu gün 247 nömrəli məktəbin həyətində inşa olunan yeni futbol meydançasının açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, AFFA prezidenti Rövşən Nəcəf, Ukrayna Futbol Assosiasiyasının rəhbəri, dünya futbolunun əfsanəsi Andrey Şevçenko, həmçinin FİFA nümayəndələri iştirak ediblər. FIFA prezidenti Kanni İnfantino isə mərasimə videomüraciət ünvanlayıb.

Tədbirdə vurğulanıb ki, bu kimi layihələr məktəblilərin sağlam böyüməsi, idman mədəniyyətinin formalaşması və futbolun kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, FIFA-nın “Məktəb arenası” layihəsi uşaqların futbola marağını artıracaq və Azərbaycanda futbolun inkişafına töhfə verəcək:
“Biz fiziki tərbiyəni sadəcə fənn kimi deyil, gənc nəslin sağlam və hərtərəfli inkişafı üçün vacib sahə kimi görürük”.

AFFA prezidenti Rövşən Nəcəf çıxışında vurğulayıb ki, layihə uşaqların həm fiziki inkişafına, həm də sağlam həyat tərzinə marağını artırır:

“Təhsil müəssisələrində futbola göstərilən diqqət uşaqların sosial bacarıqlarının inkişafına və asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradır. Bu il məktəblərarası futbol çempionatı da start götürəcək”.

Futbol əfsanəsi Andriy Şevçenko çıxışında Azərbaycan xalqına, AFFA-ya və Elm və Təhsil Nazirliyinə təşəkkürünü bildirib:
“Mən uşaqlıqda daim daha yaxşı futbol meydançasının arzusunda olmuşam. Bu gün isə Bakının uşaqları üçün unikal bir fürsət yaradılıb. Bu stadion onların həm idmanı, həm də təhsili üçün mühüm rol oynayacaq”.
Şevçenko həmçinin Azərbaycanın gözəl və təsirli ölkə olduğunu vurğulayaraq, burada ilk dəfə olduğunu və xoş təəssüratlarla ayrıldığını qeyd edib.

AFFA və FİFA-nın birgə təşəbbüsü çərçivəsində paytaxtın digər təhsil müəssisələrində də idman infrastrukturu yaradılır. Artıq 138 nömrəli məktəbin həyətində də futbol meydançası inşa olunub. Məktəblərdə belə meydançaların yaradılması şagirdlərin idman bacarıqlarını inkişaf etdirməsinə, sağlam həyat tərzinə marağın artmasına və aktiv gənc nəslin formalaşmasına xidmət edir.

Açılış mərasimi çərçivəsində 138 və 247 nömrəli məktəblərin şagirdləri arasında simvolik futbol oyunu keçirilib.

Xatırladaq ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü və FİFA-nın dəstəyi ilə məktəblərdə idman infrastrukturunun yaxşılaşdırılması istiqamətində yeni layihə həyata keçirilib. Elm və Təhsil Nazirliyinə rəsmi müraciət əsasında başlanan proses çərçivəsində paytaxtın 138 nömrəli məktəbində də futbol meydançası inşa olunub.

1 /24

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.