Bütün xəbərlər
4 sentyabr, 14:24

Sentyabrın 4-də Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı baş tutub.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfrans iştirakçılarını salamlayan MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. 2024-2025-ci tədris ilində idarənin tabeliyindəki təhsil müəssisələrinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edən N.Hüseynova əldə olunan nəticələrin müqayisəli təhlilini diqqətə çatdırıb.

İdarə müdiri mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.

N.Hüseynova bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara rəqəmsal biliklərin daha dərindən aşılanması, həmçinin dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılması və digər istiqamətlər qarşıda duran əsas məqsədlərdəndir.

N.Hüseynova bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.

MÜTDA-nın Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova çıxış edərək yeni tədris ilinin hədəflərindən, “Rəqəmsal məktəb platforması”nın təhsil iştirakçılarına qazandırdığı üstünlüklərdən danışıb və platforma üzrə son vəziyyət barədə məlumat verib. 

F. Nəcəfova platformanın işinə  dəstək məqsədilə məktəb rəhbərləri üçün təlim və seminarların təşkil olunacağını  vurğulayıb.

Bakı şəhəri Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Sevda Abdullayeva  “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bugünkü konfrans təhsil işçiləri üçün yol xəritəsi rolunu oynayıb: “Biz artıq il ərzində olan nəticələrimizi gördük. IV, VI və IX siniflərdə irəliləyişləri də, geriləmələri də müşahidə etdik. Bu da ilin sonuna qədər işimizi necə quracağımızı və hansı istiqamətlərdə çalışacağımızı müəyyən etməyə kömək edəcək. Tədris ilinin başlamasına çox az müddət qalıb. Biz məktəbdə Pedaqoji Şuranın iclasının keçirilməsini planlaşdırmışıq, şurada müəllimlərin geyim formalarını müəyyən etmişik, siniflərin komplektləşdirilməsini yekunlaşdırmışıq, şagirdlərin geyim formaları ilə bağlı valideynlərlə söhbətlər aparmışıq. Bu ildən etibarən müəllimlərin vahid geyim formasına keçməsini planlaşdırırıq”. 

Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova yeni tədris ilində qarşıya qoyulan hədəflərdən danışıb: “Konfransın nəticələrinə əsasən, hər birimizin üzərinə çox ciddi vəzifələr, öhdəliklər qoyuldu. IV, VI və IX siniflərin nəticələrinin təhlili hər bir məktəbə ətraflı şəkildə göndərilib. Bu nəticələrlə bağlı müəyyən təhlillər aparılsa da, Pedaqoji Şuranın yaxın günlərdə keçiriləcək ilk iclasında da müzakirəyə çıxarılacaq. Kollektivimiz əldə olunan datalar əsasında cari tədris ilinin prioritet istiqamətlərini müəyyənləşdirəcək. Bu da ümumi təhsilin məzmununa xidmət edən əsas məqamlardan biridir. Məqsədimiz təhsilalanlara keyfiyyətli tədris şəraiti yaratmaq və onların nailiyyətlərini artırmaqdır”.

Bakı şəhəri Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru Kamran İsalı açıqlamasında bildirib ki, konfransın təşkil olunma formatı məktəb rəhbərliyinin gələcək hədəflərini müəyyən etmək üçün olduqca səmərəli olub: "Müvafiq məlumatlara əsaslanan təhlillər bütün direktor və təhsil işçiləri üçün növbəti tədris ilində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi yolunda dəstək olacaq. Yeni tədris ilində əsas hədəflərimizdən biri odur ki, şagirdlərimiz məktəbə sevərək, həvəslə gəlsinlər. Birinci hədəfimiz həmişə bu olur. Bunun üçün məktəbdə həmin mühitin yaradılması istiqamətində müəllim kollektivi ilə birlikdə lazım olan işləri görməyə çalışırıq. Fəaliyyət istiqamətləri müəyyən edilir və müzakirələr əsasında müvafiq layihələrin tətbiqi ilə fəaliyyətimizi qururuq. 

Xüsusilə tədrisin keyfiyyətinin artırılması istiqaməti də bizim üçün ən önəmli prioritetlərdən biridir. IV, VI və IX siniflərdə aparılan monitorinqlərdə şagird nailiyyətlərinin izlənməsi istiqamətində istər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti, istər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tətbiq etdiyi layihələr gələcəkdə səmərəli iş qurmağımıza, problem olan sahələri görməyimizə kömək edəcək". 

Konfrans daha sonra “dəyirmi masa” müzakirələri ilə davam edəcək. Müzakirələr zamanı keyfiyyət göstəriciləri və mövcud problemlər barədə müzakirə aparılacaq, iştirakçıların fikir və tövsiyələri dinləniləcək, onları maraqlandıran suallara cavab veriləcək.

Konfrans sabah da işini davam etdirəcək.

Müxtəlif peşəkar meyarlar əsasında seçilmiş fənn müəllimləri ilə keçiriləcək görüşlər  panel müzakirələr formatında təşkil olunacaq, fəaliyyət planı və təkliflər paketi hazırlanacaq.

1 /5

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.