Bütün xəbərlər
18 iyul, 14:32

Bu il İsmayıllı şəhəri 2 nömrəli tam orta məktəbin XI sinfinin dörd şagirdi — Sona Bəkirova, Nihal Mərdanlı, Ziya Muradlı və Cəbrayıl Cabbarov orta təhsilini qızıl nişanla başa vurub. Ümumilikdə 20 nəfərlik sinfin 12 şagirdi buraxılış imtahanlarında 200 baldan, 5 nəfəri isə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərib.

“Azərbaycan müəllimi” həmin sinfin rəhbəri Fatma Vəliyeva və məzunlarla görüşüb.

Fatma Vəliyeva bu uğuru illərlə qurulan məqsədli zəhmətin nəticəsi hesab edir:

“Bu nəticə sürpriz deyildi. Məktəbdə sağlam mühit, valideyn dəstəyi və məqsədli şagirdlər bu uğurun əsas dayaqları oldu”.

O, təkcə akademik deyil, həm də mənəvi-əxlaqi tərbiyəyə önəm verdiyini və bu balansın nəticələrə ciddi təsir göstərdiyini vurğulayır.

Ağ xalatlı arzular

Buraxılış imtahanlarında yüksək bal toplayan Nihal gələcəyini tibb sahəsində görür:
“İllərlə çəkilən zəhmətin bəhrəsini almaq ilk böyük zəfərim idi”, - deyən Nihal üçün uğurun əsas açarı gündəlik 6–7 saat dərslə məşğul olmaq, intizamlı planlama və müəllimin motivasiyasıdır.

Tarixi sevdirən müəllim

Tarix fənni üzrə olimpiada qalibi Sona deyir: “Fatma müəllim bizə tarix öyrətmirdi, onu sevdirirdi”.

600 baldan yüksək nəticə göstərən Sona humanitar sahədəki uğurlarına baxmayaraq, İT sahəsini seçib. Bu, onun öz yolunu seçmək iradəsinin göstəricisidir.

Gecələr oxunan coğrafiya

Coğrafiya üzrə üç il ardıcıl olimpiada qalibi olan Cəbrayıl üçün uğur əzmin nəticəsidir. “Ən vacibi, əziyyətimin boşa getməməsidir”, - deyir.
Buraxılış və qəbul imtahanlarındakı yüksək nəticələri onun davamlı zəhmətinin sübutudur.

Hüquqa gedən yol 

Ziyanın məqsədyönlü mübarizəsi 8-ci sinifdən başlayıb. O, qızıl nişanı yalnız akademik göstərici kimi deyil, iradəsinin simvolu sayır: “Bu sadəcə medal deyil, səbir və inamın rəmzidir”.

O, hüquq sahəsini seçib və digər gənclərə səslənir: “İnamla addımlayın, yorulsanız belə geri çəkilməyin”.

Sinif rəhbəri Fatma Vəliyeva qeyd edir ki, uğur təkcə bal deyil, şəxsiyyətin formalaşmasıdır: “Əgər müəllim tələb və sevgini bir arada verə bilirsə, qarşısında nəticədən əvvəl insan yetişir”.

Bu gün İsmayıllı şəhəri 2 nömrəli tam orta məktəbin XI sinfi minlərlə gənc üçün nümunəyə çevrilib. Nihal, Sona, Ziya, Cəbrayıl və onların yoldaşları sübut etdilər ki, zəhmət, inam və düzgün istiqamətlə zirvələr əlçatandır.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.