Bütün xəbərlər
13 avqust, 12:01

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsillərini Koreya Respublikasında davam etdirəcək 114 tələbə və onların valideynləri ilə görüş keçirilib.

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə rektor Yaqub Piriyev təhsillərini uğurla başa çatdıraraq sonuncu kursu İNHA Universitetində davam etdirməyə hazırlaşan tələbələri təbrik edib. Rektor “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən, dövlət vəsaiti hesabına gənclərə xarici ölkələrin nüfuzlu universitetlərində yaradılan təhsil imkanlarından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək uzadılıb və beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb. İnsan kapitalının inkişafını əsas tutan bu proqramların icrasının davam etdirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Yaqub Piriyev  qlobal çağırışlara uyğun olaraq yeni texnologiyaları öyrənən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli peşəkar kadrların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Əlavə edib ki, BMU-İNHA İDP hər bir tələbəyə peşəkar mühəndis kadrlar kimi yetişmək, Cənubi Koreyanın təhsil təcrübəsini öyrənmək, o cümlədən bu ölkənin nüfuzlu şirkətləri ilə yaxından tanış olmaq, beynəlxalq tələbə mühitində dostlar qazanmaq, xüsusilə 4 ildə iki diploma sahib olmaq fürsəti yaradır. Rektor İNHA Universitetinin bu proqramın məzunlarına magistratura təhsili üçün yaratdığı imkanları da diqqətə çatdırıb və bunu təhsil nəticələri yüksək olan hər bir gənc üçün əlverişli şərait kimi qiymətləndirib. Habelə tələbələri Koreyada təhsillərində intizamlı olmağa, qayda-qanunlara riayət etməyə, ölkəmizin adını uca tutmağa, Azərbaycanın Koreyadakı səfirliyinin keçirdiyi tədbirlərdə fəal olmağa çağıran Yaqub Piriyev onlara yaxşı mütəxəssis kimi yetişmək üçün bir sıra gərəkli tövsiyələr də verib. 

Sonra BMU-İNHA İDP-nin rəhbər heyəti tərəfindən tələbələr və onların valideynləri  səfərin zəruri prosedurları barədə məlumatlandırılıb, habelə tədris prosesinə dair vacib məqamlar diqqətə çatdırılıb.  

Proqrama üçüncü il qəbulun - 2022/2023-cü tədris ilinin 114 tələbəsi IV kurs üzrə təhsilini İNHA Universitetində davam etdirmək üçün 15-19 avqust tarixlərində Koreya Respublikasına yola düşəcək. 3+1 modelinə əsaslanan bu proqram çərçivəsində tələbələr ilk 3 ili BMU-da, sonuncu ili isə İNHA Universitetində oxuyurlar. Cari il sentyabr ayının 1-dən təhsillərinə İNHA-da davam edəcək tələbələr 20 avqustdan etibarən intensiv baza hazırlıq dərslərinə qatılacaqlar.

1 /5

Şərhlər

Xəbər lenti

14 avqust, 11:01

Yapon alimləri yeni akustik levitasiya cihazı hazırlayıblar

14 avqust, 11:00

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başladı

14 avqust, 11:00

MDU-nun tələbələri hotellərdə təcrübə keçəcəklər - Yeni memorandum imzalandı

14 avqust, 10:54

Zoologiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc edilib

14 avqust, 10:39

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq ADNSU məzunları ilə görüş keçirilib

14 avqust, 10:36

“Maarifçi”lər büdcə formalaşdırdı, məktəb təmiri üçün hesabat hazırladılar – REPORTAJ

14 avqust, 10:23

Elmin obyektivində: alimlərin çəkdiyi 11 maraqlı FOTO

14 avqust, 09:41

İlk lisey sinfindən uğurlu nəticə: 23 şagirdin 13-ü fərqləndi

13 avqust, 17:42

Türkiyə Elmlər Akademiyasının prezidenti BDU-da olub

13 avqust, 17:11

Kollecə qəbul olanlar üçün qeydiyyat başlayır 

13 avqust, 16:53

Lisey və gimnaziyalara seçim prosesi başa çatır

13 avqust, 16:46

Xaricdə təhsil alan tələbələrin NƏZƏRİNƏ!

13 avqust, 16:44

HTP çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüş keçirilib

13 avqust, 16:43

Məktəbdən elm dünyasına: FRİTL-in uğurlu məzunlarının hekayələri

13 avqust, 16:22

Dövlət bağçalarında ödənişli xidmət göstərilə bilərmi? – RƏSMİ AÇIQLAMA

13 avqust, 15:01

Sabunçuda Azərbaycanın ilk açıq hava elm mərkəzi açılır

13 avqust, 14:48

SABAH qruplarının tələbələri üçün yataqxana qeydiyyatı başlayır

13 avqust, 14:38

Rezidentura üzrə ixtisas seçimi başlayıb

13 avqust, 14:07

Ölkə birincisi olan DP iştirakçısı: “Xəyallarımızın ardınca getməliyik”

13 avqust, 13:31

İncəsənət məktəblərinə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.